AVMVİB Şəki rayon şöbəsi şəhid haqqında filmin nümayişinə başlayıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri şəhid Müşfiq Abbasova həsr olunmuş filmin nümayişi məqsədiylə Ağdam rayonuna səfər ediblər. Ağdam rayon İcra Hakimiyyətində görüş keçirilib və film nümayiş etdirilib. Filmin nümayişində şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.


Onun bildirdiyinə görə, daha sonra Tərtər rayon İcra Hakimiyyətinin dəvətiylə Mədəniyyət Evində film nümayiş etdirilib. Filmin nümayişində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edib.


Vüqar Əmirəhmədov qeyd etdi ki, filmin Şəki şəhərində də nümayişi də planlaşdırılıb və şəkili veteranlar bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: