İstanbulda partlayış olub

Bazar ertəsi səhər İstanbulun Beyoğlu rayonunda güclü partlayış səsi eşidilib.

Bu barədə “Yeni Şafak” nəşri yazıb.

Partlayış yeraltı kabel kommunikasiyalarında baş verib ki, bu da lyuk qapağının havaya uçmasına səbəb olub.

Tüstülənmə səbəbindən və ehtiyat tədbiri olaraq bir neçə binanın sakinləri təxliyə edilib.

Hadisə yerində yanğınsöndürənlər, tibb işçiləri və polis işləyir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Partlayışın nədən baş verdiyi məlum deyil.

Bu xəbəri paylaşın: