Ukraynanın 36-cı dəniz piyadası briqadasının Mariupolda “Azov” alayı ilə birləşməsi zamanı dəniz piyadalarının bir qrupu Rusiyaya əsir düşdüyünü xəbər vermişdik.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bu xəbərə münasibət bildirərək demişdi: “Söhbət min nəfərdən deyil, xeyli az sayda hərbçidən gedir. Min nəfərin əsir düşməsi haqqında xəbərlər bir neçə dəfə şişirdilmiş yalandır. Briqadanın bir hissəsi “Azov” alayı ilə birləşməyə, digər hissəsi isə ayrı istiqamətdən cəbhəni yarmağa çalışıb. Cəbhəni yarmağa çalışan hissə artilleriya zərbələrinə məruz qalıb, xeyli hərbçi həlak olub, onların bir qismi isə əsir düşüb”.
Məsələyə «Azov» və 36-cı dəniz piyada briqadasının rəhbərləri — müvafiq olaraq Denis Prokopenko və Sergey Volın münasibət bildirmişdilər: «Dünən biz dəniz batalyonunun layiqli döyüşçüləri ilə — əsl döyüşçülərlə, andına sadiq qalan, Ukrayna xalqına sadiq qalan qəhrəmanlarla və bizimlə birlikdə şəhərin müdafiəsini davam etdirən qəhrəmanlarla birləşdik. Bunlar müharibə yolunu seçmiş əsl kişilərdir. Fərarilərdən və könüllü təslim olmuş döyüşçülərdən qəhrəman yaratmayın. Onlar utanc yolunu seçiblər. Heç bir halda bu insanlar qəhrəmanlaşdırılmamalıdır”.
Rusiya isə bu faktdan hələ də təbliğat materialı kimi istifadə etməkdədir. Twitterdə bu barədə paylaşım edilib:
