Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Erməni mətbuatı xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti, Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-da Brüsseldə keçirilən görüşü zamanı əldə olunmuş razılaşmaların icrası, regiondakı vəziyyət və Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.
Paşinyan və Mişel həmçinin Aİ-nin Şərq Tərəfdaşlığının iqtisadi və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişin icrasını müzakirə edib, investisiya paketində nəzərdə tutulan proqramların səmərəli icrasının vacibliyini vurğulayıblar.
