Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, sədr müavinləri Vahid Abdurəhmanov, Qurban Osmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahov, Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, Şamaxı rayon şöbəsinin sədri Fuad Samiyev, Ağsu rayon şöbəsinin sədri Polad Mürsəlov, Göyçay rayon şöbəsinin sədri Zaur Qəribov və müharibə veteranları sıralarımızı vaxtsız tərk etmiş Habil İsrail oğlu Həsənovun dəfn mərasimində iştirak etmişlər.
Onun məzarı başında çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, oğul var ki, evdən, oğul var ki, eldən gedir. Habil Həsənov bir döyüşçü kimi eldən getdi. Peyğəmbərimizin bir sözü var. 1 gün Vətən keşiyində durmaq 40 il ibadətə bərabərdir.

Təsəllimiz odur ki, nə yaxşı, Qarabağın azad olunmasını gördü. Vətənimizin dar günlərində ələ silah alan qardaşımızı uğurlamaq çox ağırdı. Allah məkanını cənnət eləsin! Vətən sağ olsun!

Çıxış edənlər mərhumun keçdiyi döyüş yolundan, onun vətənpərvərliyindən söz açdılar.
Habil Həsənov Gədəbəy rayonu uğrunda, Başkəndin azad edilməsi əməliyyatlarında iştirak edib.
Habil Həsənovun babası da ermənilərə qarşı döyüşlərdə fərqləndiyinə görə türk paşası ona xəncər bağışlayıbmış.
Allah rəhmət eləsin!
https://www.facebook.com/100072961386578/videos/478258180651008/
Elnur Səlim


