İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə peşəkarlığı və humanistliyi, işgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə secilən müharibə veteranı, ehtiyatda olan Daxili xidmət polkovniki Bədəlov Azər Nəzir oğlunun aprel ayının 19 — da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı ehtiyatda olan Daxili xidmət polkovniki Bədəlov Azər Nəzir oğlunu belə bir ələmdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Daxili xidmət polkovniki Azər Bədəlovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Polkovnik Bədəlov Azər Nəzir oğlu 1967 – ci ildə aprel ayının 19 -da Azərbaycan Respublikasının Şəki rayonunun Təpəcənət kəndində anadan olub.
Bədəlov Azər Nəzir oğlu 1985 — 1987 — ci illərdə Sovet Ordusunun Daliniy Vostok vilayətində yerləşən Uşaq şərq hərbi dairəsinin raket və artileriya qoşunlarının kəşfiyyat bölüyndə müddətli həqqi hərbi xidmətdə olub.
Daxili xitmət polkovniki Bədəlov Azər Nəzir oğlu Şəki rayonunun Təpəcənət kənd orta məktəbini, Azərbaycan Dövlət İnstitunun Tarix fakültəsini, Elm Tarixi İnstitutunun isə Milli Elmlər Akademiyasında bitirib.
1992 — 2000cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə olub. 2000- 2007- ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Mətubat xidmətində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Zaqatala rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, 2008 — 2017 — ci illərdə isə Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Növbətci Sektor müdiri (1 — ci dərəcəli dövlət qulluğu) vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etdi.

Bədəlov Azər Nəzir oğlu Heydər Əliyev Adına Azərbaycan Hərbi Məktəbində iki il kursantlara hərbi elmi tarixdən dərs keçib.O, bir çox elmi publistik məqalələrin, kitabların müəllifidir. Vətənpərvərlik mövzusunda qələmə aldığı materiallar müxtəlif mətubat orqanlarında dərc olunub.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları
məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbı və Xüsusi xidməti vəzivə borclarının yerinə yetirərkən göstərdiyi rəşadətə, döyüş hazırlığına və döyüş xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin və Fövqəladə Halar Nazirinin müvaiq əmri ilə bir sira medalarla təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZƏR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev







