Arkadi Mamontovun sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır, heç bir sübut göstərmədən Azərbaycanda da gizli laboratoriyaların mövcudluğunu iddia edib.
Yanvarın 22-də “Rossiya-24” telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Tanınmış araşdırmaçı jurnalist Arkadi Mamontovun “Andromeda ştammı” adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır. Təəssüf ki, Rusiyanın peşəkar araşdırmaçı jurnalisti kimi bir çox maraqlı sənədli filmlərin müəllifi olan Mamontov heç bir sübut göstərmədən Azərbaycanda da belə laboratoriyaların mövcudluğunu iddia edib.
Filmdə Ermənistandakı laboratoriyalar haqda da söhbət açılır.
Rusiya və onun təbliğat «ağzı» yaxşı bilir ki, elə Rusiya təbliğatçılarının ermənilərlə birgə fəaliyyəti nəticəsində ABŞ Azərbaycana qarşı «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəliş qəbul edib və buna görə də belə birgə fəaliyyət mümkün deyil. Prezident Buş administrasiyası tərəfindən 1992-ci ilin ortalarında Konqresə nüzakirəyə verilən kimi erməni lobbiçiləri (sakitcə , səssiz -küysüz amma çox effektiv) işə balamışlar. Onlar erməni seçicilərinin sayı və gücü çox olan Massaçusets ştatından senator Con Kerriyə müraciət etmiş və Azərbaycanı ABŞ yardımından ayırrmaq işində onun sponsorluğunu istəmişlər.Lobbiçilər eyni zamanda Nümayəndələr Palatasının ermənipərəst üzvlərini (xüsusən Kaliforniya ştatından) bu işə cəlb etmişlər. Digər tərəfin təmsilçisi olmadığı üçün erməni lobbiçiləri öz niyyətlərinə müvəffəq olmuş,» Azadlığı Müdafiə Aktı» qanununa xüsusi «907 nömrəli bölmə» adında əlavə qəbul etdirmişlər. 907 -ci bölmənin qeyri rəsmi tərcüməsi belədir; «Bu və ya digər qanunvericilik aktlarının… çərçivəsində Birləşmiş ştatların Azərbaycan hökumətinə yardım göstərməsi o zamana qədər mümkün olmayacaq ki, Prezident müəyyən etmiş olsun və bu haqda Konqresə xəbər çatdırmış olsun ki, Azərbaycan hökuməti bütün blokadaları və Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücün istifadəsini dayandırmaq üçün əməli iş görür»…

Bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş sovet pespublikalarına göstərdiyi yardımından yeganə Azərbaycan xaric edilmişdir. Bütün bunlar o vaxt baş verirdi ki, o zaman heç ABŞ -da Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi.
ABŞ-ın indiki prezidenti və o vaxtkı vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.
«Ритм Евразии» koronavirusla bağlı qalmaqalın episentrinə çevrilən Qazaxıstandakı Amerika biolaboratoriyası haqqında yazmışdı. Sayt yazır ki, analoji qurumlar Avrasiya İttifaqının və KTMT-nin digər ölkəsində — Ermənistanda da fəaliyyət göstərir. Onlar heç də az qalmaqallı deyillər. Bioloji işğal. Ermənistanda hazırda Bioloji Təhlükənin Azaldılması Proqramı (BTRP) çərçivəsində ABŞ hərbi departamentinin vəsaiti ilə yaradılmış və ya təkmilləşdirilmiş 12 biolaboratoriyadan ibarət bütöv bir şəbəkə var ki, bu da öz növbəsində ABŞ-ın Birgə İştirakçı Bioloji Proqramının (CBEP) bir hissəsidir. Onlardan üçü Yerevanda yerləşir: Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində, Dövlət Qida Təhlükəsizliyi Xidmətində və Nork İnfeksion Klinik Xəstəxanasında. İcevan, Gümrü, Martuni, Sisian, Artaşat və Vanadzor və s.-də taun əleyhinə stansiyalar əsasında regional laboratoriyalar fəaliyyət göstərir.
Digər ölkələrdə olduğu kimi, onlar yalnız nominal olaraq Ermənistana məxsusdurlar, lakin əslində onlara ABŞ-ın hərbi attaşesinin əməkdaşı, mayor E. Larsenin bu ölkədə nəzarət etdiyi ABŞ-ın Təhlükəsizlik Təhdidlərinin Azaldılması Agentliyi (DTRA) nəzarət edir.

Bu obyektlərin Amerika mənsubiyyəti podratçılar siyahısı ilə təsdiqlənir. Bu, xüsusən Ermənistanda laboratoriyalar və informasiya şəbəkəsi yaratmaq üçün DTRA-dan 50 milyon dollar alan CH2M Hilldir. Bu şirkət, öz növbəsində, Black & Veatch-in vasitəçiliyi ilə, uzun illər bioloji silahlar hazırlayan daha iki subpodratçı cəlb edib. Marqarita Simonyanın «Sputnik»i də bu barədə məlumat verərək yazırdı: «Memorandumun bağlanması ilə bağlı danışıqlar 2019-cu ilin noyabrında başa çatıb, belə ki, Lavrovun özü o vaxt Yerevanda bu haqda danışıb. Ermənistanda biolaboratoriyalar haqqında memorandum demək olar ki, imzalanmağa hazır idi, bütün vacib müddəalar razılaşdırıldı, lakin Rusiya tərəfi sənədin mətninin yekunlaşdırılmasını təklif etdi. Sonra Lavrovun İrəvana səfəri zamanı sənəd imzalanmadı. Mübahisəyə nəyin səbəb olduğu barədə məlumat verilməsə də, media rusiyalı mütəxəssislərin obyektlərə girişi barədə danışılırdı. Sonra koronavirus pandemiyası baş verdi. 2020-ci ilin mayında Ermənistan Xarici İşlər Nazirliyi bəyan etdi ki, sənəd heç bir tərəfin laboratoriyaya daxil olmaq hüququnu nəzərdə tutmur»…
Bu məqalədə də M. Simonyan öz ümumerməni işinə sadiq olaraq, bu yazıda vacib bir informasiya yayır: «Bu arada, hələ 2018-ci ilin sentyabrında o vaxtkı yeni baş nazir Nikol Paşinyan “Kommersant”a müsahibəsində bildirmişdi ki, onun şəxsi göstərişi ilə rusiyalı mütəxəssislərə Amerika laboratoriyalarına giriş icazəsi verilib. Onun sözlərinə görə, Rusiya tərəfi Moskvanı narahat edən laboratoriyaların fəaliyyətini araşdırıb. Onlardan sırf tibbi məqsədlər üçün istifadə olunur».
Amma Ermənistanın Panorama.am saytı belə demir: “Konstitusiya hüququ” partiyasının sədri Hayk Babuxanyanın sözlərinə görə, Amerika biolaboratoriyaları heç bir ciddi elmi nailiyyət nümayiş etdirməyiblər və aparılan tədqiqatların nəticələri açıq mənbələrdə dərc edilmir. Bu arada, koronavirus pandemiyası zamanı bu müəssisələrdə 600 erməni hərbçi müayinə olunub. Davam edən tədqiqatın son məqsədi nədir? ABŞ ordusu dollar və texniki yardım müqabilində nə istəyir? Aydındır ki, Pentaqon Ermənistanın hazırkı hökumətinin razılığı ilə bizim resurslarımızdan və vətəndaşlarımızdan qeyri-qanuni ikili məqsədli bioloji fəaliyyətlərdə istifadə edir.
Mütəxəssislər 2001-ci ildə Birləşmiş Ştatların Bakterioloji və Toksin Silahlarının İşlənməsinin, İstehsalının və Ehtiyatının Qadağan edilməsi və Onların Məhv edilməsi haqqında Konvensiyaya (BTWC) qarşılıqlı nəzarəti nəzərdə tutan protokolu qəbul etməkdən imtina etdiyini xatırladaraq dəfələrlə həyəcan təbili çalıblar. Bu o deməkdir ki, Pentaqon postsovet məkanında maliyyələşdirdiyi biolaboratoriyalarla bağlı müstəqil təhqiqat imkanlarını istisna etməklə məsuliyyətdən azad olub».
Aşağıda InfoPort.am saytında “Ermənistanda ABŞ Bioloji Laboratoriyaları: Pentaqon ölümcül viruslar üzərində araşdırmaları gücləndirir” başlıqlı məqalə dərc edirik:
“Demokrat Co Baydenin Ağ Evə gəlişi ilə Birləşmiş Ştatlar postsovet məkanında hərbi bioloji fəaliyyətləri genişləndirmək kursu götürdü. Amerika biolaboratoriyalarından yerli narazılığın artmasına baxmayaraq, xüsusən də tüğyan edən pandemiya fonunda, Ukrayna, Gürcüstan, Qazaxıstan, Moldova və Ermənistan hökumətləri Birləşmiş Kooperativ çərçivəsində ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi (DTRA) ilə bağlanmış müqavilələri uzadırlar. 2019-cu ildə ictimaiyyəti Bioloji Təhdidin Azaldılması Proqramı (BTRP) olaraq əmin etmək üçün adı dəyişdirilən Bioloji Məşğulluq Proqramı (CBEP) ortaya atılıb. Bu arada Pentaqonun ABŞ-dan kənarda yerləşən bu obyektlərin fəaliyyətinin qanuniliyi və şəffaflığı ilə bağlı suallar hələ də cavabsız qalır».
Ermənistanda üç belə laboratoriya var, onların fəaliyyəti üçün illər əvvəl təxminən 10 milyon dollar ayrılıb. Bəzi ekspertlər onları gec partlayan saatlı bomba hesab edirdilər. Bu narahatlıqlara cavab olaraq, Səhiyyə Nazirliyinin SNCO «Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi» qısaca izah etdi ki, istinad laboratoriyaları Ermənistanın təhlükəsizliyini təmin edir. Laboratoriyalar ikili məqsədə malik ola bilməz, çünki Ermənistan beynəlxalq konvensiyaya əsasən bioloji silahların yayılması risklərini azaltmaq öhdəliyini üzərinə götürüb. Hələ 2017-ci ildə laboratoriyalara giriş jurnalistlər üçün açıq idi və Sputnik Ermənistanın çəkiliş qrupu istinad laboratoriyalarından birinə baş çəkə bilmişdi. Laboratoriya mütəxəssisləri bioloji silahlarla bağlı söhbəti gülünc adlandırmışdılar». Bu Simonyanın efirə ötürdüyü bir informasiyadır.
Ermənidən pis ermənipərəst olan Modest Kolerovun «REGNUM» İA də bu məsələyə diqqət ayırıb: «Ermənistanda 2010-cu ildən başlayaraq ABŞ-ın referens laboratoriyaları açılmağa başlayıb. Amerika tərəfi iddia edir ki, bu qurumların məqsədi kənd təsərrüfatı heyvanlarının sağlamlığına zəmanət vermək, yüksək texnologiyalı labarotoriyalarda təmir işlərini maliyyələşdirmək və hökumətin insanların sağlaçlığına mümkün təhlükələrə qarşı ictimai monitorinq aparmaq imkanlarını gücləndirmək üçün ən müasir laboratoriyaların yaradılmasıdır. Məlumdur ki, bu laboratoriyalar ikili məqsəd daşıyır, çünki onlar ordu tərəfindən maliyyələşdirilir və onların fəaliyyətləri əslində yüksək səviyyədə təsnifatlaşdırılır. Birləşmiş Ştatlar laboratoriyaların saxlanması üçün külli miqdarda pul xərcləyir. Məsələn, Ukraynada 200 milyon dollar (Ukraynada bioloji laboratoriyaların sayı 30 — dan çoxdur), Gürcüstanda 150 milyon dollardan, Qazaxıstanda isə 130 milyon dollardan çox pul xərcləyiblər. Ermənistanda bu laboratoriyalar İrəvanda fəaliyyət göstərir, Gümrü, Vanadzor, İcevan və respublikanın digər marzlarında (rayonları) ümumilikdə 12 belə bioloji laboratoriya var. (https://regnum.ru/news/polit/3557269.html IA REGNUM)» .
Bu məsələylə bağlı edaily.com yayınladığı bir məqalədə bu labarotorialar barədə detallara toxunulur və «Ermənistanda veteran biosilah hazırlayanlar» bölümündə deyilir: (По данным опубликованной на сайте Wikileaks диппочты посольства США в Ереване Подробнее: https://eadaily.com/ru/news/2018/09/19/laboratorii-ssha-v-armenii-kak-bioruzhie-rabotaet-u-granic-rossii-i-irana) «Bu il Ermənistanın CBEP-in tərkib hissəsi olan DTRA Biotəhlükələrin Azaldılması Proqramında (BTRP) iştirakının 10 ili tamam olur. ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatik poçtuna əsasən, 2008-ci ildə saziş imzalanmazdan əvvəl ABŞ Müdafiə Nazirliyi Ermənistan hakimiyyətinə 2009-cu ildə səhiyyə və kənd təsərrüfatı nazirliklərinin nəzdində iki laboratoriya yaratmaq üçün Ermənistan hakimiyyətinə 9 milyon dollar ayıracağına söz verib. Yerevan Wikileaks saytında dərc olunub. 2018-ci ilə qədər DTRA ödəniş etdi və Amerika podratçılar ölkədə bütün biolaboratoriyalar şəbəkəsini qurdular. Onlardan üçü, mərkəzi olanlar İrəvanda — Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində, Dövlət Qida Təhlükəsizliyi Xidmətində və Nork İnfeksion Klinik Xəstəxanasında yerləşir. Regional laboratoriyalar isə İcevan, Gümrü, Martuni və Vanadzorda fəaliyyət göstərir…
Ermənistan mutasiyaya uğramış virusların yayılmasının qeydə alındığı və onların bəzilərinin ölkədən bütün Transqafqazda yayıldığı ölkədir ki, bu da amerikalılara biosilahların həm sərhədlərdə, həm də Rusiyanın cənubunda və İranda təbii şəkildə necə “işləyə biləcəyi” barədə kifayət qədər imkan verir. Pentaqon Ermənistanda yalnız biolaboratoriyaların və informasiya şəbəkəsinin yaradılmasına artıq 50 milyon dollardan çox pul xərcləyib».

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi İqor Kirilovun sözlərinə görə, ABŞ postsovet məkanının demək olar ki, bütün ölkələrində oxşar laboratoriyalar yaradıb. Ermənistanda 12 belə laboratoriya var ki, onlardan 3-ü İrəvandadır. İctimaiyyəti məlumatlandırmaq üçün hesab edirik ki, ABŞ tərəfindən maliyyələşdirilən bu laboratoriyaların arxasında kimin dayanması, onların fəaliyyətinə səlahiyyətli orqanlar tərəfindən lazımi nəzarətin həyata keçirilib-keçirilməməsi, konkret hansı eksperimentlərin aparıldığı barədə dərin, peşəkar və qərəzsiz araşdırma aparmağın vaxtı çatıb.

Hələ Sovet dövründə Ermənistan SSR Mikrobiologiya İnstitutu mikrobiologiya üzrə ən böyük mərkəz sayılırdı. 90-cı illərdə institutun elmi-tədqiqat işləri ABŞ və Böyük Britaniyanı maraqlandırıb. Ermənistanlı mütəxəssisləri Qərb ölkələrində təcrübə keçməyə dəvət ediblər. Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, lakin ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması üzrə Agentliyin onlara birbaşa çıxışı var. Yerli mütəxəssislərlə yanaşı, orada amerikalılar da işləyirlər.
Bir sözlə Rusiya o qədər başını itirib ki, İrəvanda itirdiyini Bakıda axtarmaq istəyir. Simonyan və Putinin digər erməni «propaqandonlarının» uydurduğu yalanlar addım-addım bu ölkəni uçrumun başına gətirib. Sadəcə itələyən yoxdur…
Xaqani Ədəboğlu


