AVMVİB- də yeni təyinat

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinə AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə müharibə veteranı, ehtiyatda olan mayor Qəhrəmanov Şahabbas  Sərdar oğlu  təyin edilib.

Təyinatla bağlı mərasimdə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, sədr müavini Salman Musayev, NTK sədri Niyazi Quliyev və AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev iştirak ediblər.

    Qəhrəmanov  Şahabbas Sərdar oğlu 1954 — cü ilin dekabr ayının  24 — də  Azərbaycan Respublikasının Masallı rayonun  Hişkədərə  kəndində  anadan olub .

    1971 — ci ildə Masallı rayonun Hişkədərə kənd orta məktəbi, 1979 — cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Vilnüs şəhərində yerləşən Xüsusi təyinatlı hüqüq məktəbini bitirib.

     1973 — 1975-ci ildə Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

     1975 — 1978 — ci illərdə  Neft Daşlarında müvafiq, 1981 — 1990 — ci illərdə  isə SSRİ  Daxili İşlər Nazirliyinin Rusiyanın Komi Vilayətində yerləşən  islah — əmək müəssisələrində müxtəlif vəzifələrdə işləyib.

      1991 — 2000 -ci illərdə Azərbaycan Ordusunun  döyüş bölgələrində (Beylaqan və Ağcabədi rayonlarında) yerləşən hərbi hissələrində taborun qərargah rəisi və tabor komandiri Vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.

      Şahabbas  Qəhramanovu AVMVİB  Masallı rayon şöbəsinə sədr təyin edilməsi münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Fədai.az kollektiv səmimi  qəlbdən onu  təbrik edir və fəaliyyətində uğurlar arzulayır.

Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: