Yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti, peşəkarlığı və humanistliyi, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 27 ( iyrimi yeddi) ildən çox şərəfli xidmət yolunu Daxılı İşlər Nazirliyinin Daxili Qoşunlarında, 11 (on bir) ilini isə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyində keçirən Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik — leytenant Əlizadə Əli Səməd öğlunun aprel ayının 20 — də 65 -yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Əli müəllimi belə bir əlamətdar gün münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin ( AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Əli Səməd oğlu Əlizadənin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Əlizadə Əli Səməd oğlu 1957 — ci ilın aprel ayının 20- də Gürcüstan Respublikasının Bolnis rayonunun Faxralı kəndində kolxozçu ailəsində anadan olub.
1974-cü ildə Gürcüstan Respublikasının Bolnis rayonunun Faxralı kənd orta məktəbini, 1975 — ci illərdə SSRİ Silahlı Qüvvələrində kiçik komandirlər məktəbini, 1978 — ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Tiflis şəhərində yerləşən gizirlər məktəbini, 1985 — ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ –nin 60 illiyi adına Leninqrad ali hərbi siyasi məktəbi bitirib.
1975 — 1977 — ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə taqım komandirinin müavinini olub və 1977-ci ildə çavuş rütrbəsində Silahlı Qüvvələrdən ehtiyata burxılıb.
1977-ci ildə Bakı şəhərində » Neft-Qaz » zavodunda operator kimi əmək fəaliyyətinə başlamışdır.
1978 — 1981 — ci illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən Konvoy — Mühafizə Alayında nəzarətçi, taborun komsomol bürosunun katibi, 1985 — 1992 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69 — cu Diviziyasının Rusiya Federasiyasının Mordova Muxtar Respublikasının Yavat şəhərində yerləşən Briqadada böluk və tabor komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində işləyib.
1992- 1995- ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xaçmaz rayonunda (Yalama qəsəbəsində) yerləşən hərbi hissəsinin ilk hərbi hissə komandiri olub.
1996- 2003- cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul, Nərimanov və Binəqədi rayonunlarında yerləşən hərbi hissələrində hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində Vətənə Dövlətə və xalqa xidmət edib, 2006- 2017 ci ildə isə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyində tərbiyəci — baş müəllim vəzifəsində işləyib.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Hərbi xidməti vəzifə borclarını yerinə yetirərkən göstərdiyi rəşadətə, Döyüş hazırlığı və döyüş xidməti göstəricilərə, Azərbaycan Dövləti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısında xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından, Daxili İşlər Nazirinin müvafiq əmri ilə » Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3- cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının » 70- illiyi və 10 iliyi yubiley, «Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ- nin 60 illiyi adına ali hərbi siyasi məktəbin yaranmasının 70 -illiyi yubiley medalları ilə təltif olnub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİ BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev





