Hərbi jurnalistə həsr olunmuş foto-sərgi nümayiş etdirilib

Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Təhsil nazirliyinin dəstəyi ilə hərbi jurnalist Rəşad Süleymanovun xatirəsinə həsr olunmuş foto sərgi keçirilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov və müharibə veteranları iştirak edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitərən R.Süleymanov «Fədai» qəzeti, “525-ci qəzet”, “Həftə içi” qəzeti, APA informasiya agentliyi və digər media qurumlarında çalışıb.

2012-ci ildən dərc olunan hərbi sahəyə aid “AZERI DEFENCE” jurnalının təsisçisi və baş redaktoru idi.

2003-2005-cü illərdə, məhz «Fədai» qəzetində çalışması onun hərbi mövzulara üz tutmasına səbəb olduğunu özü dönə-dönə etiraf etmişdi.

Məkanı cənnət olsun!

Elçin Qədirov
Qarabağ üzrə müxbir

Bu xəbəri paylaşın: