AVMVİB Şəki rayon şöbəsi: Şəhidlər unudulmamalıdır!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Royal Xasiyevin doğum gününü məzarı başında və evində qeyd ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.


O, bildirib ki, şəhid Royal Xasiyevin məzarı ziyarət olunub və ruhuna dualar oxunub. Müharibə veteranları şəhidin valideynlərinə başsağlığı veriblər.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: