ABŞ da Minsk qrupunu «dəfn etdi»

ABŞ da Minsk qrupunun de-fakto “dəfn edildiyini” qəbul edir.

Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun məlumatında bildirilir ki, “Dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib”.

Endryu Şofer Minsk qrupunda amerikalı həmsədr idi, lakin Dövlət Departamentinin son məlumatı göstərir ki, artıq həmsədr yox, “Qafqazda danışıqlar üzrə baş müşavir”dir.

Bu xəbəri paylaşın: