Ukrayna MN. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 20900-ə yaxın hərbçisi öldürülüb: «Bununla yanaşı, Rusiyanın 815 tankı, 2087 zirehli döyüş maşını, 391 artilleriya sistemi, 136 reaktiv yaylım atəşi sistemi, 67 havadan müdafiə sistemi, 171 hərbi təyyarəsi, 150 helikopteri, 1504 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 165 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib».

Rusiya MN. Rusiya Silahlı Qüvvələrinin aviasiyası gecə ərzində Ukraynanın 73 hərbi obyektini, o cümlədən yeddi dayaq məntəqəsini, dörd sursat anbarını və bir Msta-B haubitsasını, Rusiyanın hava hücumundan müdafiə sistemləri isə Donbasda havada iki Toçka-U raketini vurub. Bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmisi general İqor Konaşenkov açıqlayıb.
O bildirib ki, ötən gecə Rusiya raket və artilleriya qoşunları Ukraynanın 1053 hərbi obyektinə zərbə endirib.

«Yüksək dəqiqlikli raketlərlə Ukrayna Silahlı Qüvvələrinin 40-a qədər canlı qüvvəsi və Novovorontsovka və Kiselevka rayonlarında 7 texnikası vurulub. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukrayna silahlı qüvvələrinin 496 pilotsuz uçuş aparatını, 2388 tankını və zirehli texnikasını məhv edib».
