Moskvanın «sülh sənədi» müharibəni uzadacaq…

“Moskva Kiyevə sülh üzrə sənəd layihəsini aydın ifadələrlə təhvil verib”.


Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.


«Danışıqlar prosesi çərçivəsində Ukrayna tərəfinə aydın mətnlə sənəd layihəsi təhvil verilib. Top Kiyevin tərəfindədir, Moskva reaksiya gözləyir», — Peskov bildirib.


Onun sözlərinə görə, Ukrayna cavab verməyə tələsmir: «Onların fəaliyyəti ən yaxşı işi görməkdən uzaqdır, onlar prosesi intensivləşdirməyə çalışmırlar».


«Ukrayna Rusiyanın təkliflərinə əks mövqedədir»- deyə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak mediaya açıqlamasında bildirib.


«Sənəddə nələrin qeyd olunduğu haqda araşdırma aparıb, nəticə çıxaracağıq. Biz İstanbul görüşü çərçivəsində qarşı tərəfə öz təkliflərimizi vermişdik. Ona görə də biz öz mövqeyimizi qoruyuruq”,- Ukrayna rəsmisi Moskvaya cavab verib.


Qeyd edək ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Kiyevə sülh sənədi layihəsini təklif etdiyini və cavab gözlədiklərini açıqlayıb. Sənədin detalları hələ də məlum deyil.

Bu xəbəri paylaşın: