TƏBRİK: ƏLİYEV VİDADİ İBRAHİM OĞLU — 65

İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi , işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi ,sadəliyi və səmimiyyət ilə secilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 26 ildən çox xidmət yolunu Daxili İşlər Orqanlarında və Daxili Qosunlarda kecirən Silahlı Qüvvələrin və Müharibə Veteranı istefada olan mayor Əliyev Vidadi Ibrahim oğlunun aprel ayının 21 — də 65 yaşı tamam olur.


İstefada olan mayor Vidadi Əliyevin aprel ayının 21 — də 65 yaşının tamam olması münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev onu səmimi qəlbdən təbrik edir, həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.


Arzu edirik ki, Vidadi Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!


İstefada olan mayor Əliyev Vidadi İbrahim oğlu 1957 – ci ilin aprel ayının 21də Ağdam rayonunun Qızıl Kəngərli kəndində anadan olub. 1973-ci ildə Ağdam rayonunun Kəngərli Qızıl Kəngərli kənd orta məktəbi, 1975 -ci ildə Ağdam Kənd təsərrüfatı texnikomunu, 1997- ci ildə Mudafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təkmləşdirmə kursunu əla qiymətlərlə bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində kecirlən bir çox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.


1976- 1978 -ci illərdə Sovet Ordusun Belarusiya Respublikasnda yerləşən Aviasiya Qoşunlarında müddətli həqiqi hərbi xidmətə olub.


1978- 1991 -ci illərdə Daxili İşlər Nazirliyinin Ağdam, Xocalı rayonlarında və Xankəndi şəhərində yerləşən islah əmək müəssisələrində, islah əmək düşərgəsində və polis şöbəsində müvafiq vəzifələrdə işləyib.


1992- 2002 -ci illərdə Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin daxil qoşunların Ağdam rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrində taqım, bölük komandiri, Qərargah rəisinin xidmət üzrə köməkçisi, Daxili Qoşunların Bas İdarəsinin Növbətici xidmətində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa xidmət edib.


Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda ( Ağdam, Xocalı, Füzuli rayonları və Xankəndi şəhəri istiqamətində) gedən döyüşlərdə iştirak edib.


O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.


Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları
məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Daxili İşlər orqanlarında və Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Xidməti vəzifə borclarını yerinə yetirərkən rəşadət göstərdiyinə və fəriqləndiyinə görə SSRI Ali Soveti,və Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin Veteranı, Qüsursuz Xidmətlərə Görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin 10illiyi və 70 iliyi
yubley medaları ilə təltif olunub.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VİDADİ BƏY!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: