Rusiyanın müdafiə naziri Şoyqu Putinə Mariupolun «azad edilməsi» ilə bağlı raport verib.
Onun sözlərinə görə, Mariupolun mühasirəsi zamanı USQ qruplaşmasının, əcnəbi muzdluların sayı 8100 nəfərə yaxın olub.

Şoyqu həmçinin «Azovstal» ərazisində iki mindən çox yaraqlının blokadaya alındığını bildirib. Rusiya Federasiyasının Silahlı Qüvvələri və Donbas respublikalarının Mariupoldakı bölmələri əhalinin müdafiəsi üçün bütün tədbirləri görüb, o, Putinə məruzə edib.
Müdafiə nazirinin sözlərinə görə, silahlıların müqavimətinə baxmayaraq, Mariupolda 142 mindən çox vətəndaş təxliyə edilib, limanda olan bütün girovlar azad edilib.

Bölgədə vəziyyətlə bağlı Ukrayna tərəfi evakuasiya barədə xəbərlər yayıb.
Cümə axşamı, aprelin 21-də ukraynalıların Mariupol və Xersondan təxliyəsi həyata keçiriləcək.
Bu barədə Reinteqrasiya Nazirliyinin rəhbəri İrina Vereşçuk Telegram-da məlumat yayıb.
Vereşçuk deyib: «Biz qadınları (Mariupoldan — red.), uşaqları və qocaları evakuasiya etməyə davam edirik. Saat 14.00-da Şevçenko bulvarında «Port Siti» ticarət mərkəzinin yaxınlığındakı halqada avtobuslara minmək olar.
Təhlükəsizlik vəziyyəti mürəkkəbdir. Dəyişikliklər mümkündür. Zəhmət olmasa rəsmi elanları izləyin”.
Onlar həmçinin Xersondan humanitar dəhlizdən keçməyə çalışacaqlar. Söhbət üç yaşayış məntəqəsindən gedir: Vısokopole kəndi, Novovoznesenskoye kəndi və Mirolyubovka kəndi.
