Paşinyanın Moskva səfərindən sonra ermənilərin dili açılıb

(S)artsax üzərində ciddi təhlükə var, onun taleyi bu gün Donbassda həll olunur.

Bunu Ermənistan News.am-ın müxbirinə müsahibəsində politoloq Suren Zolyan deyib.

O qeyd edib ki, yeni dünya nizamı uğrunda mübarizə gedir, Qarabağ üçün çətin bir dövrdə yaradılmış ATƏT-in Minsk Qrupu əslində Azərbaycanın mövqeyinə görə fəaliyyət göstərmir.

“Ermənistan üçün daha bir mühüm təminat onun zəifləmiş ordusu idi. Bu gün biz real təhlükəsizlik təminatlarının gücləndirilməsi üzərində işləməliyik. Onların arasında Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi məsələsi də var. Birmənalı demək olmaz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra Bakı Rusiya sülhməramlılarının çıxarılmasını tələb edəcək. Rusiya buna imkan verməyəcək, Bakı da kəskin addımlar atmayacaq və mandatı uzatmaqdan imtina etməyəcək.

İstəkləri və imkanları müqayisə etmək vacibdir, Ermənistan bir-birini tamamlayan siyasət yürütməli, beynəlxalq oyunçular arasında toqquşmalar üçün platforma yaratmamalıdır”, — deyə Zolyan vurğulayıb.

Onun sözlərinə görə, indiki şəraitdə, o cümlədən Qərbin Azərbaycanın enerji resurslarına çıxışda maraqlı olması kontekstində, Artsax üçün ən yaxşı halda Pridnestrovie statusuna, rus sülhməramlılarının himayəsi altında olan tanınmamış respublika statusuna nail olmaq azımdı.

“Paşinyandan çox şey asılı deyil. Bu, bir mənada yaxşı bir şeydir, çünki onun edə biləcəyi zərəri görməsini qeyri-mümkün edir. Əgər Rusiya və ya İranın müdaxiləsi olmasaydı, o zaman Türkiyə və Azərbaycan qoşunları Zəngəzura çoxdan daxil olardılar”, — ekspert fikrini belə yekunlaşdırıb.

Bu xəbəri paylaşın: