TƏBRİK:AĞAYEV NAİB EYUB OĞLU — 63

   Ömrünün önəmli bir hissəsini Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə həsr edən, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti,dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təvözakarlığı və vətənpərvərliyi ilə seçilən istefada olan polkovnik leytenant Ağayev Naib Eyub oğlunun aprel ayının  23 -də  63 yaşı tamam olur.

     Bu bahar təravətli yaz günündə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında,  Azal Qapalı Səhmdar Cəmiyyətinin  Aviasiya Təhlükəsizlik İdarəsində   sayagəlməz uğurları  və xüsusi xidmətləri olan istefada olan polkovnik leytenant Ağayev Naib Eyub oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  rəhbərliyi  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan olan polkovnik leytenant Ağayev Naib Eyub oğluna arzu edirik ki, onun  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Polkovnik leytenant Ağayev Naib Eyub oğlu  1959 — cu ilin aprel ayının  23- də Azərbaycan Respublikasının  Masallı rayonunun Hişkədərə kəndində anadan olub.

    1976 — cı ildə Masallı rayonun Hişkədərə kənd orta məktəbi, 1982 — ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  LKGİ 60 — illiyi adına Leniqrad  (Sankt-peterburq) Ali Hərbi Siyası Məktəbi, 2005 — ci ildə Sankt-Peterburq şəhərində  Aviasiya Universitetini  bitirib. O,  DİN-in Daxili Qoşunlarında, Azal Qapalı Səhmdar Cəmiyyətinin  Təhlükəsizlik İradəsində xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində,  eləcə də Bakı şəhərində və Xarici ölkələrdə (2006-ci ildə Amerika Birləşmiş Ştatlarında,  2007- də İsrail Dövlətində, 2010- cu illərdə Ukrayna Respublikasında ,  2012 -ci ildə isə Rusiyanın Moskva şəhərində  müvafiq kurslarda, xüsusi — taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə seminar və konfranslarda  fəal   iştirak edib.

     1977 — 1978  -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Perm Vilayətində  yerləşən Konvoy — Mühafizə alayında  müddətli həqiqi hərbi xidmətə olub.

   1982 — 1994 — cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Novosibirsk,  Sverdlovsk  və Perm Vilayətlərində yerləşən  hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri və tabor  qərargahının rəisi, 1994- 1999- cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində Qoşun xidməti bölməsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin  Nərimanov və Hacıqabul rayonlarında yerləşən  hərbi hissə komandirlərinin birinci  müavini və hərbi hissə komandiri əvəzi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

      1999 — 2008 -ci illərdə  Azal Qapalı Səhmdar Cəmiyyətin Aviasiya Təhlükəsizlik İdarəsinin  rəisi vəzifəsində olub. Avasiya üzrə dosent Naib Ağayev  2008- 2014 — cü illərdə Milli Aviasiya Akademiyasının Təhlükəsizlik Kafedrasında baş müəlim vəzifəsində işləyib, 2014 -cü ildən etibarən  o, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində işləyir.

      O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi andın, Hərbi nizamnamələrin və Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Döyüş xidməti nizamnaməsi tələblərinə əməl etməkdə, vəzifə borclarının yerinə yetirilməsində tabeliyindəkilər üçün nümunə olmuşdur.

     Azərbaycan dövləti və Azərbaycan Respublikası  Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısındakı öz hərbi andı ilə öhdəsinə götürdüyü  vəzifə  borcunu axıra qədər ləyaqətlə yerinə yetirmişdir.

     Polkovnik leytenant Naib Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

    Naib Eyub oğlu Ağayev hansı vəzifədə xidmət etməsinə və işləməsinə baxmayaraq  Ulu Öndərin idealarına , dövlət başçımızın yeritdiyi siyasətə, dövlətçiliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş  zabit və yaxşı ailə başçısı olub. Qanunvericlik ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, ictimai təhlükəsizliyin təmin edilməsində,ictimai  əsayişin qorunmasında,  şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  cinayətkarlığa qarşı mübarizədə, eyni zamanda hərbi hissə komandirinin  birinci  müavini və hərbi hissə komandirinin əvəzi kimi kuratoru olduğu  xidmət sahələrin və bölmələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatclıq bacarığı nümayiş etdirmişdir. O, Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

      Naib Ağayev SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında böluk komandirinin tərbiyəvi işlər üzrə müavini  və böluk komandiri olduğu illər ərzində onun xidmət etdiyi böluk təftiş, ümumi və yekun yoxlamaların nəticələrinə görə  tədris dövru və tədris ili ərzində xidmət etdiyi  diviziyanın və hərbi hissənin  böluklər arasında ən yaxşı nəticələr göstərdiyinə görə birinci yeri tutmuş və əlaçı böluk olmuşdur.

      O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında,  Azal Qapalı  Səhmdar Cəmiyyətinin  Avasiya Təhlükəsizlik İdarəsində,  Təhsil Nazirliyinin isə Aviasiya Akademiyasında və  Peşə  təhsili üzrə  Dövlət Agentliyində tutduğu   vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İslər Nazirlərinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi Məktəb rəisinin,  Diviziya və hərbi hissə komandirinin, Təhsil Müəssisələrinin  rektoru və  direktorunun,  Azərbaycan Hava yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə döş  yubiley və müvafiq idman dərəcəsi nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.

     Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə Görə» 1-ci, 2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının» isə 70 -illiyi və 10 -iliyi yubiley medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAİB BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: