Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin üzvləri, Qazilər Birliyinin rayon şöbəsinin sədri Vəkil Vəliyev, Əfqanistan Veteranları Birliyinin rayon şöbəsinin sədri Mətləb Əliyev, Qələbə Birliyinin sədri Rəsul Məmmədov və şəhidin yaxınları şəhid Kərim Allahverdiyevə həsr olunmuş tədbirdə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.
Çingiz İsayev bildirdi ki, şəhid Kərim Novruz oğlu Allahverdiyev 1972-ci il may ayının 2 — də Tərtər rayonunun Qarağacı inzibati ərazi vahidinin Yuxarı Qaradağlı kəndində anadan olub. Ağdərə bölgəsində Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşdə 1 oktyabr 1992-ci ildə şəhid olmuşdur.

Şəhidin adının əbədləşdirilməsi üçün Fəqan Həmidov adına Qapanlı kənd tam orta məktəbin 1-ci sinifinə onun adı verilmişdir .
Tədbir məktəbin direktoru Fitat Həsənəli qızı Əliyeva giriş sözüylə tədbiri açmış və şəhidin yaxınları, müharibə veteranları çıxış etmişlər. Şəhidlərin xatirəsinə ucalmış abidənin önünə gül dəstələri qoyularaq ağaclar əkilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Heç kim unudulmur heç nə yaddan çıxmır!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər



