TƏBRİK: ƏLİYEV SAHİL ASƏF QĞLU — 41

    İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti,  təvözakarlığı və vətənpərvərliyi ilə seçilən Allahın verdiyi  mənalı və şərəfli ömrünün 20 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş  polkovnik —  leytenant  Əliyev Sahil Asəf oğlunun  aprel ayının  24 -də  41 yaşı tamam olur .

     Daimi həyatın bütün imkanlarından alınıaçıq və üzüağ çıxan  polkovnik —  leytenant  Sahil Əliyevi doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki,  Sahil Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!

     Əliyev Sahil Asəf oğlu  1981 -ci ilin aprel ayının 24 də  Naxçıvan Muxtar  Respublikasının  Ordubad rayonun  Üstüpü  kəndində anadan olub.

     1998 -ci ildə Naxçıvan Müxtar Respublikasının Ordubad rayonun Üstüpü kənd orta məktəbi,  2002 -ci ildə  Heydər Əliyev Adına  Azərbaycan  Ali hərbi məktəbi , 2003 -cü ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən Məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxil Qoşunların Baş İdarəsində və hərbi hissələrdə keçirilən bir çox metodiki təlim toplanışlarda, müvafiq kurslarda,  xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

      2002 — 2018 -ci illərdə Naxçıvan Muxtar Respublikasınında  və  Zaqatala rayonunda yerləşən  Əlahiddə Birqadada və Əməliyyat alayında  taqım komandiri,Minbatareya komandiri,  böluk komandiri, əməliyyat tabor  qərargahının   və xüsusi  vasitələrin tətbiqi dəstə qərargahnın rəisi, əməliyyat tabor komandiri Vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.

      O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında  və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə Görə» 1 -ci,  2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının  isə  10 -iliyi, 90 -illiyi  və 95 -iliyi yubiley medallları ilə təltif olunub.

      Azərbaycan Respublikası  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  yaradılmasının  25 -ci ildönümü   ilə əlaqədar olaraq,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində  iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə,  öz xidməti vəzifələrini   və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidentinin  10 mart 2017 ci il tarixli Sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SAHİL BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: