Mingəçevirdə şəhid idmançımız anıldı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri şəhər idmançılarının dəvətiylə şəhid Atiq Ariz oğlu İbrahimovun Anım tədbirində iştirak ediblər. Şəhid Atiq İbrahimov özü də idmançı olub. Müharibədə göstərdiyi şücaətlərə görə 3 medalla təltif olunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Şəhidin məzarı ziyarət olunub və gül qoyulub. Ruhuna dualar oxunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov çıxış edərək, şəhidlərimizi unutmayan gənc nəslə öz minnətdarlığını bildirib. Qeyd edib ki, şəhidlik bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Biz onları unutmamalıyıq.

Tədbirdə nailiyyəti olan 3 nəfər idmançıya AVMVİB-nin Fəxri fərmanı verildi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: