«Rusiya və Ukraynanın danışıqları üçün geniş bir mətn var. Bundan başqa, liderlər arasında arxa qapı diplomatiyası işləyir. Həmin prosesdə biz görürük ki, birgə bəyannamə layihəsi var».
«TRT Haber» xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə deyib.
O bildirib ki, danışıqlarda irəliləyiş əldə olunarsa, Rusiya Prezidenti Putin və Ukrayna Prezidenti Zelenski Türkiyədə görüşməyə razıdır.
Bu xəbəri paylaşın:
