TƏBRİK: BABAYEV VALEH MƏHƏMMƏD OĞLU — 64

      İşgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə seçilən Müharibə Veteranı ehtiyatda olan  mayor Babayev Valeh Məhəmməd oğlunun   aprel ayının 24 də onun 64 yaşı tamam olur.

    Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan  Müharibə Veteranı ehtiyatda olan mayor  Babayev Valeh Məhəmməd oğlunu  doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi və Azərbaycan Veten Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini  polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Arzu edirik ki,  Valehin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək  şəkildə keçsin.Amin!

     Babayev Valeh Məhəmməd oğlu 1958 — ci illin aprel ayının 24 də Azərbaycan respublikasının Şamaxı rayonunda anadan olub.

      1975 — ci ildə  Azərbaycan Respublikasının  Ağsu ayonunda  orta məktəbi, 1984- cü ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil və Nəqliyyat fakultəsini bitirib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində   Daxili Qoşunların  Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak edib.

     1976 — cı ildə Rusiya Sovet Federativ Sosialist  Respublikasının  Murmansk vilayətinin Severomorski  şəhərində yerləşən tədris alayında  kiçik kamandirlər hazırlyan kursu bitrib.

     1976 — 1978 -ci illərdə  Rusiya Sovet  Sosialist Respublikasının Murmansk Vilayətinin Severomorski, Arxangelski Vilayətinin  isə Severobivinski şəhərlərində yerləşən hərbi hissələrindədə müddətlı həqiqi hərbi xidmətdə  (manqa komandiri və taqım komandirinin müavinini vəzifəsində, starşina rütbəsində) olub.

     1984 — 1988 -ci illərdə Bakı Tramvay və Trolleybus  Parkında usta,  mühəndis, sex rəisi və direktor müavini,  1989  — 1992- ci illərdə isə  Bakı Avtobus bazasının direktoru işləyib.

    1992- 1997-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Nizami, Nərimanov və Xəzər  rayonlarında, Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən hərbi hissələrində   hərbi hissə komandirinin Silah və Texnika xidmətləri üzrə müavini,  Daxili Qoşunların Bas İdarəsində isə Avtomobil xidməti rəisi və Zirehli texnika xidmət rəisi  vəzifələrində Vətənə Dövlətə və xalqa xidmət edib.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə   yetirilməsi   üçün   öz   əməyini  əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında  və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

   Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VALEH BƏY!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RUSLAN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: