«Şuşa ili» ilə bağlı Ramana qəsəbəsində Xankəndi orta məktəbində tədbir kecirildi.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.
Tədbiri məktəbin direktoru Cəmilə xanım acıq elan etdi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev də cıxış etdi.
Ramiz Ağayevin sözlərinə görə, «Şuşa ili» ilə bağlı verilmiş Sərəncam həm də 2022-ci ildə Şuşada və işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına səbəb olacaq. “Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimiz tarixində qara bir səhifə idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Tədbir məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə sona yetdi.
Sonda xatirə şəkli çəkdirildi.
Nurlan Məmmədli
