AVMVİB Şəki rayon şöbəsi şəhid haqqında filmi nümayiş etdirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri şəhid Müşfiq Abbasova həsr olunmuş filmi Şəki şəhər Dövlət Dram Teatrında nümayiş etdiriblər. Filmin nümayişində şəhidin anası, yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.

Tədbir iştirakçıları şəhidin anasıyla şəkil çəkdiriblər.

Allah şəhidlərə rəhmət eləsin!

P.S. Döyüş dostları və onu yaxından tanıyanlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədovun ad gününə hədiyyə etdikləri video kadrları da təqdim edirik:

Bu xəbəri paylaşın: