Biləsuvarda Şəhid Bulağının açılışı olub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin üzvləri AVMVİB üzvü, müharibə veteranı Üzeyir Qurbanovun övladı, şəhid Ruslan Qurbanovun əziz xatirəsinə həsr olunmuş Şəhid Bulağı kompleksinin açılışında iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Q. Qurbanov bildirdi ki, döyüşçü atasının yolu ilə gedənn qəhrəman şəhidimiz Ruslan Qurbanovun ruhuna dualar edilib. Ruslan Qurbanov Daxili Qoşunların tərkibində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Murov dağı istiqamətində irəliləyən dəstənin tərkibində Kəlbəcər rayonu Susuzluq kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun keçdiyi döyüş yollarından söz açılıb. Müharibə veteranları adından şəhidin valideynlərinə başsağlığı verilib. Bu ölkə durduqca şəhidlərimiz unudulmayacaqdır!

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Biləsuvar

Bu xəbəri paylaşın: