TƏBRİK: RZAYEV ZAUR MİRZƏ OĞLU — 59

    İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bələ insanlardan biri də peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi,sadəliyi və səmimiyyəti eləcə də təvəzözkarlığı və vətənpərvərliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 24 ildən   çox xidmət yolunu hərbi xidmətdə keçirmiş Müharibə Veteranı  ehtiyatda olan polkovnik leytenant Rzayev Zaur Mirzə oğlunun aprel ayının 24 də  59 — yaşı tamam olur.

Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan   polkovnik- leytenant  Rzayev Zaur Mirzə oğlunu doğum günü munasbətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi  (Avmvib) və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin müavini polkovnik Salman Musayev   səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki, Zaur Rzayevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək  şəkildə keçsin. Amin!

   Polkovnik — leytenant Rzayev Zaur Mirzə oğlu 1963 -cü ilin  aprel ayının 24 də  Bakı şəhərində Polis ailəsində anadan olub. Atası  Polis mayoru Mirzə Rzayev uzun illər polisdə işləyib.     

   1978 -ci ildə  Bakı şəhərində  9 nömrəli orta məktəbi, 1980-ci ildə  Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyi,  1984-cü ildə isə Bakı Ali  Hərbi Komandirlər məktəbini bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxil Qoşunların Baş İdarəsinində və hərbi hissələrdə keçirilən  bir çox metodiki- təlim toplanışlarda,  müvafiq kurslarda, treninqlərdə, xüsusi -taktiki təlimlərdə, nümunəvi — köstərici məşğələlərdə ,seminar və konfranslarda fəal iştirak edib.

      1984- 1988-ci illərdə  Bakı Ali Hərbi Komandirlər məktəbində  tədris taqım komandiri,  1988- 1991- ci illərdə  Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon hərbi komisarın müavini vəzifələrində işləyib

      1992 — 2002 -ci   illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Şirvan (Əlibayramlı ) şəhərində,Xaçmaz rayonun Yalama qəsəbəsində, Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrdə Nizami hissə rəisi, tabor qərargahnın  rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavinini — qərargah rəisi ,Daxili Qoşunların Baş idarəsinin  Təşkilat Komplektləşdirmə şöbəsində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət etmişdir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

     Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından  SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə isə 1-ci ,2-ci və 3-cü dərəcəli,   Silahll Qüvvələrin yaranmasının» isə 70 — illiyi  və 10 -illyi yubiley medalları ilə təltif edilib

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: