Göygöldə Şəhidlər Xiyabanı ziyarət olunub

Göygöl rayonunda Vətən müharibəsi əlilləri və veteranları Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül və əklil qoyaraq onların ruhlarına dualar oxunub.

Bu barədə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verdi.

Həbib Hüseynovun bildirdiyinə görə, ziyarətdə regionda fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri — Göygöl rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Sərdar Balayev, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Samir Məmmədov, AVMVİB Kəpəz şöbəsinin sədri Arzu Kərimov, Əfqanıstan Müharibəsi Veteranları İB-nin regional sədri Şamil Həsənov və müharibə veteranları iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur

Bu xəbəri paylaşın: