Bayden Makronu təbrik edib

ABŞ prezidenti Co Bayden Emanuel Makronu Fransada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə Bayden Emanuel Makronu təbrik edib və Ukraynaya ümumi dəstək olacağına əminliyini bildirib.

Baydenin təbriki Twitterdə paylaşılıb.

O deyib: “Emanuel Makronu yenidən seçilməsi münasibətilə salamlayıram.

Fransa qlobal problemlərin həllində bizim ən qədim müttəfiqimiz və əsas tərəfdaşımızdır.

Mən Ukraynaya dəstək, demokratiyanın müdafiəsi və iqlim dəyişikliyinə qarşı mübarizə də daxil olmaqla yaxın əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Emmanuel Makron ikinci turda 58% səslə yenidən Fransa prezidenti seçilib.

Bu xəbəri paylaşın: