Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin üzvləri Yardımlı rayonu Peştəsər kəndində şəhid Şahlar Yaşar oğlu Nəzərovun doğum gününü şəhidin məzarı başında qeyd ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.
Şəhid Şahlar Yaşar oğlu Nəzərovun məzarı başında şəhid ruhlarına dualar oxunub və gül qoyulub. 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımız haqqında danışılıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim
