Şəhidlər unudulmur — AVMVİB Cəbrayıl rayon şöbəsi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elxan Maarif oğluHüseynova həsr olunmuş tədbirdə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.

Rasim Paşayev bildirdi ki, şəhidlər milli qürurumuzdur. Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Məhz bu şəhidlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız azad edildi.

Tədbirdə müharibə veteranlarıyla yanaşı şəhid ailələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir

Bu xəbəri paylaşın: