TƏBRİK: NOVRUZOV RÖVŞƏN HİDAYƏT OĞLU — 56

      Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  Maddi -Texniki Təminat  (Arxa) xidmətlərinə həsr edən , bu müddətin də böyük hissəsini  Alay və Briqada komandirinin,  Ali Hərbi Məktəb rəisinin Maddi- Texniki Təminat (Arxa) Xidmətləri  üzrə müavini  vəzifəsində çalışmış ehtiyatda olan polkovnik Novruzov Rövşən  Hidayət oğlunun aprel ayının  26- da  anadan olmasının  56 yaşı tamam   olunur.

   Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan polkovnik Novruzov Rövşən Hidayət oğlunu  doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçünən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Arzu edirik ki,  Rövşənin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək  şəkildə keçsin.Amin!

     Polkovnik  Novruzov Rövşən  Hidayət oğlu  1966 -cı ilin aprel ayının  26 -da  Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kəndində anadan olub.

     1983 — cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kənd orta məktəbi,  1993 — cü ildə  Moskva  şəhərində Qida Saneyisi  Ünverstetini,  2001 -ci  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Polis Akademiyasını bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki — təlim toplanışlarda , müvafiq kurslarda,  xüsusi — taktiki təlimlərdə, nümunəvi — köstərici məşğələlərdə,seminar və konfranslarda fəal iştirak edib.

      1984 1986 -ci illərdə  Rusiya Sovet Sosialist  Respublikasının Kirov şəhərində yerləşən hərbi hissəsində müddətli  həqiqi hərbi xidmətdə olub.

     1995- 2016 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Naxçıvan Muxtar Respublikasında, Bakı şəhəri Nərimanov,  Biləcəri  və Xəzər rayonlarında  yerləşən hərbi hissələrində və Ali Hərbi Məktəbdə Ərzaq və Əşya xidmət rəisi,   Briqada ( Alay) komandirinin  və  Ali  Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat Xidmətləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki təminat idarəsində isə Ərzaq xidmətində baş zabit  vəzifələrində Vətənə Dövlətə və xalqa xidmət edib.

    Rövşən qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş  zabitdir. O, istər orta   və ali  təhsil müəssisələrində  təhsil aldığı illərində, istərsə də  də xidmət etdiyi  və işlədiyi kollektivlərdə,dost-tanış, qohum — əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

      O ulu öndərin idealarına,dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə, sadiq, hər zaman sözu ılə əməli bir olan zəhmətkeş  zabit kimi tanınır.

     Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və xidmət etdiyi hərbi hissəyə həvalə olunmuş  vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,  eyni zamanda, briqada  komandirinin və   Ali Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat  xidmətləri  üzrə müavini kimi küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında,  düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib.

    Hərbi Xidməti Vəzifələrinin  icrasına məsuliyyətlə yanşdığına görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar   Komandanının və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə döş , yubiley və müvafiq idman dərəcələri  ilə,  pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə,  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Rövşən Novruzovun səmərəli və məqsədyönlü fəaliyyətinin Daxili İşlər Nazirliyin və Daxili Qoşunlar  Komandanlığının rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirldiyinə görə, möhtərəm Prezidentimizin müvafiq fərmanı və sərancamları ilə o,» Hərbi xidmətlərə Görə «, «Qusursuz Xidmətlərə Görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, » «Silahlı Qüvvələrin yaranmasının» isə  10 — iliyi, 90- illiyi  və 95 -iliyi yubiley  medalları  ilə təltif olunub .

     27 ildən çoxdur mən polkovnik Rövşən Novruzovu tanyıram  2001- ci ildə onunla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını  bitirmişəm. Allah –Təala ondan razı olsun. Onu və onun ailəsini Uca Yaradan xoşbəxt etsin. Onların bu dünyasını gözəl, bərəkətli, axrətini isə daha gözəl və bərəkətli etsin.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RÖVŞƏN BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: