Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsi üzvləri Gəncə şəhər idman liseyində şagird və müəllim kollektivinin təşkil etdiyi vətənpərvərlik mövzusunda tədbirdə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsinin sədri Arzu Kərimov məlumat verib.
Tədbiri açılış sözü Litseyin direktoru Mehman Allahverdiyev açaraq sözü Gəncə şəhər veteranlarının ağsaqqallar şurasının sədri Yusif müəllimə söz verib.
Şəhərimizin 100 yaşlı 1941-1945-ci il müharibəsi iştirakçısı Tofiq Əli öz ürək sözlərini tədbir iştirakçısına çatdırdı.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsinin sədri Arzu Kərimov da çıxış edib.
Nurlan