
ELBARİZ Məmmədli
Artıq üçüncü ayına qədəm qoyan Rusiya-Ukrayna müharibəsi, daha dəqiq desək, Kreml Xuntasının Ukraynaya xain hücumu çox ciddi və faciəli hadisələrlə yadda qaldı. Amma dünyaya çox ciddi dərslər də verdi. İlk öncə onu göstərdi ki, qanlı Sovet İmperiyasının mahiyyət etibarı ilə son qalası kimi mövcudluğunu qoruyub saxlayan Rusiya, hələ də feodal təfəkkürünün qanunları ilə idarə olunur.
Bu ölkənin və millətin düşüncəsində xalq, insan, haqq və hüquq anlayışları ümumiyyətlə istisna təşkil edir. İkincisi, dünya üçün müəyyən istiqamətlərdən qapalı olan bu dövlətin heç də göründüyü kimi olmadığı bütün çılpaqlığı ilə ortadadır. Xammal ixracından və indi mahiyyətini itirən silah satışından başqa heç bir istehsal üstünlüyü olmayan Rusiya, nəinki ABŞ və Avropadan, hətta Çin, Yaponiya, Cənubi Koreya və.s ölkələrdən çox geridə qalıb. Rus cəmiyyəti stalinizm dövrünün repressiv qanunlarına tabe edilərək sivil dünyadan ayrı salınıb. Çürük velikorus eyforiyası insanları yeni faşizm düşüncəsinə kökləyib. Rus siyasi elitası dövlətçilik təfəkküründən tamamilə uzaq olan korrupsioner və işğal düşüncəli qüvvələr tərəfindən mənimsənilib…
Daha bir reallıq ondan ibarətdir ki, Rusiyanın varlığına ehtiyatla yanaşan dünya gücləri Ukrayna xalqından bu cəsarətli müqaviməti gözləmirdi. Müharibənin ilk həftələrində verilən bəyanatlar, edilən çağırışlar bunun əyani sübutudur. Fəqət, dünya anlamırdı ki, başıpozuq rus hərb maşını ləyaqətli savaşlar üçün yaradılmayıb. Bütün tarixi boyu qazandığı nə varsa, hamısı insanlığa qəsd hesabına əldə olunub. Yəni, Rusiya (bəzi Qərb dövlətlərinin özləri də) tarixdə soyqırımların memarı kimi ad-san qazanıb. Ukraynanın əksər bölgələrində törədilən antibəşəri cinayətlər dediklərimizin təsdiqidir. Amma nə qədər faciəli olsa da, el dilində desək, daş qayaya rast gəlib. Ruslar Ukraynada ağıllarına gəlməyən müqavimətlə üzləşiblər və bunun onlar üçün çox ağır olan nəticələri də göz qabağındadır.
Bəziləri dəyərləndirmə verirlər ki, bu müharibə Qərbin-ilk növbədə də ABŞ-ın niyyətlərindən doğan müharibədir və Ukrayna oyun üçün mərkəz seçilib. Nədənsə, Rusiyanın son illərdə aqressiv xarakter alan işğalçılıq niyyətlərindən çox az adam danışır. Əslində Rusiya özünün qanlı siyasəti ilə ya çar üsul-idarəsi, ya da keçmiş SSRİ adına bir millətlər koloniyasını yaratmağa köklənmişdi. Çünki kriminal və korrupsiya məngənəsində boğulan ölkənin idarəçilik sistemi yenidən «parçala və hökm sür » niyyətlərini ortaya atmaqla, daxili auditoriyanı azadlıq istəklərindən yayındırmaq məqsədi güdürdü və buna nisbətən nail olmuşdu. Özünü reallıqda olduğundan xeyli böyük görməyə yönəldilən cəmiyyət neofaşizmin yeni çalarlarını şüarlaşdırmağa başlamışdı.
İndi vəziyyət xeyli dəyişib. Dünən yüngül silahlarla yalnız müqavimətə özünü kökləmiş ukraynalılar, artıq hücum taktikası yoluna üstünlük verirlər. Dünyanın əsas güc mərkəzləri birmənalı olaraq, Ukraynaya hərtərəfli yardım göstərir. Təkcə Ukraynanın müdafiəsi və azadlığı üçün deyil, həm də yeni bərqərar olacaq qanlı velikorus imperialist düşüncəsinin məhvi üçün. Artıq müharibənin Rusita ərazisinə sıçradığı və burda cox mühüm strateji obyektlərin vurulduğu haqda məlumatlar var. Əgər bu reallıqdırsa, yaxın həftələrdə Rusiyanı ciddi sınaqlar gözləyir və bunun əsas dalğası Kreml Xuntasını tutacaq. Ukraynada görüb yaşadıqlarından sonra rus cəmiyyətinin savaşa səfərbər olması ehtimalı çox azdır. Əksinə, bu hallar ölkənin parçalanmalara məruz qalmasını reallaşdıra bilər.
Ukraynalıların yaşadıqları dəhşətləri biz də yaşamışıq və hələ də yaşamaqda davam edirik. Qarabağda məhz rusların qara niyyətləri səbəbindən istəklərimizi son nöqtəyə aparıb çıxara bilmirik. Soysuz ermənilərə reallığı anladan kimi, ilk təpki ruslardan gəlir. Amma bu davamlı olmayacaq. Azərbaycandakı rus nökərləri də, erməni qanı olanlar da anlamalıdırlar ki, dünyanın siyasi mənzərəsi dəyişir. Bu düzəndə hörmətli yerləri özünü tanıyan millətlər tutacaqlar. Azərbaycan cəmiyyəti bütövlükdə bu proseslərin içində öz yerini tutmaq üçün hər şeyə ayıq münasibət ortaya qoymalıdır. Gələcəyimiz və dövlətçiliyimiz naminə…