Sabirabadda şəhidə həsr olunmuş abidə kompleksinin açılışı oldu

Sabirabad rayonu Əlicanlı kəndindən olan, 1-ci Qarabağ savaşının şəhidi Niyaz İsmayılovun şəhid olduğu gündə (23.04.1994) onun əziz xatirəsinə həsr olunmuş abidə kompleksinin açılışı olub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.

Tədbirdə rayon kənd ictimaiyyəti ilə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsi rəhbərliyi də iştirak edib və AVMVİB Sabirabad rayon şöbəsinin sədri F. Hüseynov çıxış edib. Şəhidin keçdiyi döyüş yolu, şəhidlərimizin heç zaman unudulmamasını dilə gətirib.


Tədbirdə ayrı ayrı regionlardan şəhidin cəbhə yoldaşları da iştirak ediblər. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin atası Telman Mirzəyev də iştirak edirdi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Sabirabad

Bu xəbəri paylaşın: