«ABŞ Qarabağda Azərbaycanla Ermənistan arasında problemin uzunmüddətli əsaslarla həllinin tərəfdarıdır, bununla bağlı birtərəfli addımların əleyhinədir».
Erməni saytları (— NEWS.am və digərləri) isə bu xəbəri bu mətndə verib: «Birləşmiş Ştatlar, xüsusən də Azərbaycanın Qarabağda vəziyyəti daha da gərginləşdirən istənilən birtərəfli hərəkətlərinin əleyhinədir».
Blinken deyib: «We’ve been trying to push back on any unilateral actions, particularly by Azerbaijan, that would only inflame the situation. And we have a number of programs in place that are part of the budget to try to help advance more peaceful prospects», Blinken added.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ Senatının Konqresi tərəfindən idarə olunan komitənin iclasında belə deyib.
«Mən həm Ermənistanın, həm də Azərbaycanın rəhbərliyi ilə çox fəal və birbaşa əlaqə saxlamışam. Xüsusilə, bu yaxınlarda, bir həftə əvvəl baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə telefon danışıqlarım olmuşdu. Bu ölkələrin xarici işlər nazirləri Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanma perspektivlərini stimullaşdırmağa kömək etməyə çalışırlar”, — deyə Blinken ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton bununla bağlı müxtəlif etimadın möhkəmləndirilməsi tədbirləri hazırlayır və təşviq edir.
Belə aydın olur ki, bizim yerli mətbuat reallıqdan uzaq məlumat yaymaqla nəyəsə xidmət edir. Əsil həqiqət isə Blinkenin təmsilçisi olduğu ölkə 30 il işğala, talana və soyqırımlara susaraq bu işğalda ən azı tərəf oldu. Separatçı rejimə yardımlar ayırdı, ABŞ -da onların nümayəndəliyini açdı, yayım tezliyi verdi, yardım üçün marafonlar keçirilməsinə şərait yaratdı və ən əsası isə Rusiya və Ermənistanın birgə hücumuna məruz qalan Azərbaycana qarşı Azadlıq Aktına 907-ci düzəlişi qəbul etdi. Bu Amerika ədaləti sayəsində minlərlə insanımız qətlə yetirildi. Ona görə də Blinken öz məsləhətlərini Ermənistana versə yaxşı olar. Çünki 1918-ci ildə Ermənistanı ABŞ mandatı ilə yaranmasını da unutmadıq. Qafqazdakı bu iyrəncliklərin haradan gəldiyini də unutmadıq. Ritorik sual vermək istəyirsə, qoy soruşsun ki, Azərbaycan torpağı olan Qarabağ Ermənistanı niyə maraqlandırmalıdır? Biz öz sərhədlərimiz daxilində sabitlik yaratmalıyıq və ABŞ bu işdə Beynəlxalq qanunlara görə bizə borcludur…
Zəkəriyya Rəhimov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi