44 günlük Vətən müharibəsi iştirakçılarının problemləri ilə ciddi məşğul olan bir qurum yoxdur. Aidiyyatlı qiurumlar isə onları incitməklə məşğuldurlar. Bunu artıq gizləmək olmaz. Bu ən azı Ali Baş Komandanımızın göstəriş və tapşırıqlarına xəyanət olar.
Xüsusən də veteranlığın verilməsiylə bağlı onlarla neqativ fakt var. Amma nədənsə bu yaranmış problemi aradan qaldırmaq əvəzinə əsil «ötür-ötür» oyunu qurublar. Hərə şikayətçini başından eləmək üçün özündən uzaqlaşdırıb başqa bir quruma göndərir.
Üstəlik də bəzi ictimai birliklər üzvlüyə qəbul etdikləri şəxslərin hüquqlarını qorumur və onlara hüquqi yardım etmirlər. Belədirsə, niyə onları üzv edirsiniz?
Hüququ pozulan 44 günlük Vətən müharibəsinin iştirakçısı Kürdəmir rayonu Sovta kənd sakini Yasin Ədalət oğlu Rəhimlidir. Döyüşçü kimi ezamiyyətdə olduğu «N» saylı hərbi hissə aktiv döyüş əməliyyatlarında iştirak etdiyini hər bir hərbçi bilir. Üstəlik Yasin Rəhimli Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərin iştirakçısı olub. Onun döyüş xidmətləri «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Şücaətə görə» medallarıyla təltif olunub. Onunla döyüşdə olanlar öz veteran statuslarını və müvafiq bank kartlarını alıblar. Onun dediyinə görə, öncə adı olan siyahıdan hansı səbəbləsə adı çıxarılıb.
Y. Rəhimli, həm şifahi, həm elektron, həm də ərizəylə müraciət etdiyi ünvanlardansa bir cavab yoxdur. Ən son bizə üz tutub. Aidiyyatlı qurumlara səslənirik ki, minlərlə əsgərin analoji problemi var. Bunu araşdırın. Döyüş görmüş bu insanları incitməyin.
İnanırıq ki, aidiyyatlı qurumların bu əsgərin öz saldıqları problemini həll edəcəklər.
Bəzi qurumlar problemi həll etmək əvəzinə gənc döyüşçülərə qəsdən baryerlər qurmaqdadırlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri