Şəmkirdə I və II Qarabağ müharibəsi veteranı ailəsinə neqativ münasibət haradan qaynaqlanır

Bəhlul Orucoğlu

Araşdırmacı jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Birinci Qarabağ Müharibəsi veteranı, şair –publisist

Rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev rayonu Mərkəzi Xəstəxananın Sığorta direktoru Emin İsmayılovun göstərişi (məsləhət) ilə idarə edir?!

Əlbir olub bir ayı bir şir ilə

Ovladılar dovşanı tədbir ilə

A.Krılov

                                                      “Bəzi yaramaz İcra başçıları…” İlham Əliyev

Bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların yarıtmaz əməlləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarların incidilməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması Allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın.

Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, məmurlar sadə insanların qayğısına qalmalıdır, onlara xidmət etməlidirlər.

  Çox təssüflər olsun ki, Prezidentin bu tövsiyyəsini yerinə yetirən məmurlar çox azdır. Mərkəzdə bu hal qapalı olsa da bölgələrdə bu hal qabarıq hiss olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə apardığı indiki vaxtda vətəndaşlara qarşı bəslənən haqsız münasibətlər haqlı olaraq narazılıq yaradır. Belə haqsızlıqla mərhum veteran Quliyev Nəsimi Ramazan oğlunun  ailəsi də qarşılaşmışdır. Ölkə Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, aidiyyatlı orqan  və  nazirliklərə müraciət edən Bədəlova Səadət İsa qızı yazır  .

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti:           Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti:           Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Surəti:           Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova

Surəti:           Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə

Surəti:           Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Samirə Əliyevaya

Şəmkir rayon C.M.Quluzadə küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan (Ş/V AZE №14567709 və tel: 050 895-54-46) Bədəlova Səadət İsə qızı tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

  Möhtərəm cənab Prezident!

Yazıb sizə bildirirəm ki, 1 və 2-ci Qarabağ müharibəsi veteranı olan Quliyev Nəsimi Ramazan oğlu 1998-ci ildən (01.01.2022-ci ildə işdən gəlib və qəfil rəhmətə gedib)  təcili yardım stansiyasında sürücü vəzifəsində işləyib, işlədiyi müddət ərzində maşında texniki nasazlıq olanda həyat yoldaşım öz hesabına təmir etdirirdi (analoji hal bütün sürücülərə aiddir). Həyat yoldaşım rəhmətə gedəndən sonra mən Şəmkir rayon Mərkəzi Xəstəxanasının sığorta direktoru Emin İsmayılova müraciət etdim ki, həm ailəmizə bir təsəlli kimi, həm də maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün (ailədə işləyən bir mənəm) oğlum Quliyev Ramazanı həyat yoldaşımın yerinə təyin etsin, o da, olmaz dedi. Oğlum Quliyev Akşın 2016-cı ildə aprel döyüşlərində iştirak etmişdir. Digər oğlum Quliyev Babək isə hal-hazırda mənfur düşmənlərimiz ermənilərlə həmsərhəd olan Zəngilanda xidmətini davam etdirir. Mən Emin İsmayılovun verdiyi cavabdan çox məyus oldum ki, veteran ailəsinə belə laqeyid və ögey münasibət bəslədilər.

12.04.2020-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev cənablarına müraciət etməyə gedəndə görüdm ki, Emin İsmayılov cənab Başçı Rəşad Tağıyevin yanındadır. Mən cənab Başçı Rəşad Tağıyevə müraciətimi bildirdikdə cənab Başçı Emin İsmayılovua sual verdi: “Həkim bu qadının həyat yoldaşının yerinə oğlunu təyin etmək olarmı?” Emin İsmayılovun cavabı konkret olaraq «yox» dedi (çox əsəbi halda). Cənab Başçı həkim nə dedisə, odur dedi. Mən Başçının bu cavabından 2 qat məyus oldum və mən bilmədim ki, Şəmkir kimi strateji əhəmiyyətli rayonun başçısı Emin İsmayılovdur, yoxsa Rəşad Tağıyev?

  Cənab Prezident!

Mənim qan təzyiqim qalxdı, oğlanlarım çox məyus olaraq qoluma girib məni evə apardılar. Həyat yoldaşı vəfat etmiş qızım Əminə və bir övladı da mənim himayəmdədir.

   Möhtərəm Prezident!

İndi Sizdən xahiş edirəm ki, bizə (müharibə veteranı ailəsinə) qarşı laqeyd, qeyri-insani münasibət bəsləyən, adları çəkilən məmurların ailəmizə qarşı biganə və ögey münasibətinin qarşısını alasınız. Axı mənim mərhum həyat yoldaşım birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı olub.

                                               İmza:                                     Səadət Bədəlova

                                                                                                          16.04.2022-ci il

 Dəyərli oxucular! Məlumatlı şəxsin (adı məlumdur) bildirdiyinə görə Rəşad Tağıyev ilə Emin İsmayılov öz məkrli planlarını yerinə yetirmək üçün Quliyev Nəsiminin yerinə təyin etdiyi Rzayev Muxtar Abdulla oğlu II qrup əlildir (astma xəstəsidir). Belə bir xəstə insanı təcili yardım maşınına necə sürücü təyin etmək olar?

P.S. Qaldırılan problemlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bu xəbəri paylaşın: