Şuşa İcra Hakimiyyətində Xankəndidən olan şəhid qardaşlar haqqında «Şuşaya Acılan Pəncərə» sənədli filminin təqdimatı kecirildi.
Film Natiq və Namiq Şahmuradov qardaşlarına həsr olunub. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «Sağlam Ailə» Ailələrinin Maarifləndirilməsinə kömək İctimai Birliyi tərəfindən ərsəyə gətirilib.

Tədbiri Şuşa şəhər İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov acıq elan etdi. Qeyd etdi ki, bu qardaşlar Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldilər.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev və şəhər şöbəsinin üzvləri iştirak etmişlər.
Şəhid qardaşların bacısı Təranə xanımın həyat yoldaşı Tahir Bahadur oğlu Zeynalov isə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Bir evdən 3-nəfər o müqəddəs ucalığa yüksəldi.
Film nümayiş olduqdan sonra Şuşa şəhər İcranın sədri Bayram Səfərov, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora xanım və Xankəndi’ Məcburi Köckünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva cıxış etdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Fədai.az
