Gəncə şəhərində şəhidin Anım tədbiri keçirildi

Bu gün Gəncə şəhərində Birinci Qarabağ döyüşlərində 19 nəfər döyüş yoldaşını xilas edib, özünü partladaraq şəhid olmuş Xəlil Novruz oğlu Əliyevin İmamzadədəki məzarı ziyarət olundu. Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə keçirildi, tədbirdə ictimai birliklərin sədrləri, qazilər, veteranlar, şəhidin atası və yaxın qohumları iştirak edirdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.



Tədbirdə AVMVİB Göygöl rayon şöbəsinin üzvləri, AVMVİB Gəncə şəhər Kəpəz şöbəsinin sədri Arzu Kərimov, AVMVİB Gəncə şəhər şöbəsi Bəyanət Qasımov, AVMVİB Samux rayon şöbəsinin sədri Polad Ağamalıyev, QMƏVŞAİB Gəncə şöbəsinin sədri Məmməd Rəhimov, Vətən Müharibəsi Əlillərinə kömək İctimai Birliyinin Gəncə şöbəsinin sədri Samir Məmmədov, Ümid partiyasının sədr müavini Salam İmanlı iştirak etdilər.

Tədbirdə şəhidin atası Novruz Əliyevə şəhidin adına yazılmış medallar təqdim olundu.

Şəhid Xəlil Novruz oğlu Əliyevin məzarı üzərində dualar oxundu və gül dəstələri qoyuldu.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: