Müharibə Rusiyanın dərinliklərinə daşına bilər

Az öncə bildirmişdik ki, hadisələrin inkişafı, müharibənin Cənubi Rusiya ərazilərinə daşına biləcəyini qeyd etmişdik. Çünki Rusiya ordusu öz döyüş qabiliyyətini itirməkdədir və orduda ruh düşkünlüyü artan xətlə gedir. Artıq Ramzan Kadırovun «Tik-tok ordusu»nun çəkdiyi reklam səhnələri də bu boşluğu doldura bilmir.


Britaniya parlamentinin dövlət katibinin Silahlı Qüvvələr üzrə müavini bildirib ki, Ukrayna Rusiyanın daha dərin ərazilərinə zərbələr endirməlidir.

Onun sözlərinə görə,»müharibədə Ukrayna logistik xətlərinə, yanacaq ehtiyatlarına, sursat anbarlarına hücum etmək üçün düşmən dərinliyinə zərbə vurmalıdır və bu, müharibənin bir hissəsidir».


O, həmçinin bildirib ki, Rusiya Federasiyasındakı hücumlara Ukrayna hərbçiləri tərəfindən London, «Rusiyanın hərbi təcavüzünə qanuni cavab» kimi qiymət verəcək.


Yəni bəlli olur ki, bu «xəmir çox su aparacaq». Müharibənin Cənubi Rusiyaya daşınması planı həyata keçərsə Rusiyada dərin xaosun başlayacağı qaçılmaz olacaq. Bu dünya üçün də qorxunc hadisələrə gətirib çıxara bilər. Çünki bu ölkə tarixən proqnozlaşdırılmayan hadisələrin baş verdiyi bir ölkədir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin arsenalında 9К79-1 «Точка-У», 9К79 «Точка»,«Гром-2» kimi raketlərin olduğu bilinir…

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: