ƏRDOĞAN: «Karo Palyan satqındır və ona qarşı tədbir görülməlidir»

Türkiyə prezidenti Rəcəb Təyyub ƏRDOĞAN PKK yönümlü Demokratik Partiyanın erməni əsilli deputyatı Karo Palyanın Türkiyə Millət Məclisində «erməni soyqırımı»nın tanınması barədəqaldırdığı layihəyə görə onu SATQIN adlandırıb.

«Biz bu layihəni ən yüksək məhkəmədə açıq-aşkar XƏYANƏT kimi qiymət verilməsi üçün mühakiməyə verməliyik» — deyən Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə xalqa müraciət etmişdir.

Ərdoğan əlavə edərək bildirib ki, Türkiyə Parlamentində Palyan kimi millətçilərə yer yoxdur. Ümid edirəm ki, qanunları və insanların əxlaqını pozan Palyana qarşı lazımi tədbirlər görüləcəkdir.

P.S. Təbii olaraq bizləri də narahat edən əsas məsələlərdən biri də odur ki, tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlanan ölkədə bir nəfər də türkün yaşamadığı halda, Türkiyə Parlamentində kök salmış daşnak Palyan kimi erməni ünsürləri nəyə görə belə at oynatmalıdır?

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin drektoru

Bu xəbəri paylaşın: