Ələ keçən dinləmədə rusların canlı qüvvə itkisi 25900 nəfər olduğu deyilib

Rusiyanın hərbi rəhbərliyi Ukrayna müharibəsində ordusunun itkilərini əhəmiyyətli dərəcədə gizlədir.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti rus hərbçilərinin yeni dinləmələrinə istinadən məlumat yayıb.

“Uşaqlar öldü. Sizə deyəcəm: 25 900 ölü var. Bu 2 ay ərzində təkcə sıravi əsgərlər deyil, yüksək rütbəli məmurlar da ölüb”, — ələ keçirilən dinləmədə deyilir.

Bir neçə dəqiqə əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının real itkilərini açıqladı — sonra isə gizlətmək mümkün olmayıb. Martın əvvəlində 490 nəfərin ölməsi və 1500 nəfərin yaralanması xəbərini verən RF MN 25 martda 1300 ölü və 3185 yaralı olmasını demişdi. RF «Moskva» kreyseri ilə bağlı eyni dezinformasiya yayıb.

21 apreldə isə bu oitkilər Kremlə yaxın «Redovka» öz VK Post səhifəsində 13414 nəfər ölü və 7 min nəfərin isə itkin düşdüyü deyilmişdi. Bu məlumat silinsə də məlumat artıq yayılmışdı.

Bu xəbəri paylaşın: