Binəqədidə Ramazan ayı münasibətilə humanitar aksiya keçirilib

22 aprel 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə humanitar aksiya keçirilmişdir. Aksiya çərçivəsində rayon ərazisində yaşayan 400 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılmışdır. O cümlədən 40 nəfər aztəminatlı müharibə veteranı ailəsi də yaddan çıxarılmayıb.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov məlumat verib.

M. Ələsgərov bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyəti daim rayonda yaşayan az təminatlı sosial təbəqəni diqqətdən kənarda qoymur. Xüsusən də biz bu diqqət və qayğını daim öz üzərimizdə hiss edirik və bu humanist addımı alqışlayırıq. Çünki rayonumuzda şəhid ailələrinə və müharibə veteranlarına qayğını daim hiss edirik.

Elnur Səlim

Bu xəbəri paylaşın: