Ömürünün, önəmli bir hissəsinin şərəfli xidmət yolunu Sovet Ordusunda və Müzəffər Ordmuzun əsas dayaq hissələrdən biri olan Az’rbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunların tərkibində şərəfli xidmət yolu kecmiş Şəhid atası Silahlı Qüvvələr və müharibə veteranı ehtiyatda olan polkovnik leytenant Kazımov Qurbanəli Musa oğlunun aprel ayının 29 -da 55 yaşı tamam olur.
Dəyərli həmkarmız Qurbanəli Kazımovun şərəfli hərbi peşəsini ailəsində oğlu Kamran Kazımov çox uğurla məharətlə davam etdirmişdir.Atasının şərəfli yolunu daşıyan gənc hərbiçi baş- leytenant Kamran Kazımov 44 — günlük Vətən müharibəsində Daxili Qoşunların Xüsusi təyinatlı Dəstəsinin tərkibində qrup komandiri kimi Füzulinin,Cabrayılın və Kəlbəcərin azad olunmasında əldə silah yaxından iştirak etmişdir. Növbəti vəzifə və tapşırıqları yerinə yetirərkən, qəhramancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan döləti qarşısında xidmətləri olan şəhid Kamran Qurbanəli oğlu Füzulinin, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasında böyük xidmətləri ollmuşdur.O, Dövlət Mükafatları ilə ( «Qarabağ Ordeni» ,» Vətən Uğrunda » ,» Cabrayılın azad olunması, » Kəlbəcərin azad olunması «, » İgidliyə görə» «Qüsursuz xidmətlərə görə» 2-ci və 3-cü dərəcəli», «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90- illiyi və 95-iliyi yubiley medalarla ) təltif edilib. Dəyərli Vətən oğlu, yaxşı ailə başçısı Qurbanəli Kazımova şəhid ailəsi kimi ehtiramımızı bildiririk.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Şəhid atası Silahlı Qüvvələrin və Müharibə Veteranı ehtiyatda olan polkovnik — leytenant Kazımov Qurbanəli Musa oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon Şöbəsinin üzvü ehtiyatda olan mayor Mərdan Hüseyinli səmimi qəlbdən təbrik edir ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Qurbanəli Kazımovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik — leytenant Kazımov Qurbanəli Musa oğlu 1967 — ci illin aprel ayının 29 da Azərbaycan Respublikasının Ucar rayonunun Bərgüşad kəndində anadan olub.
1984 — cü ildə Ucar rayonun Bərgüşad kənd orta məktəbini, 1988 — ci ildə isə Estoniya Sovet Sosialist Respublikasının Tallin şəhərində Ali Hərbi Siyasi Məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki — təlim toplanışlarda , müvafiq kurslarda, Xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1988 — 1992 -ci illərdə Rusiya Sovet Sosialist Respublikasının Voloqda Vilayətində yerləşən hərbi hissələrdə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, 1992 — 2012 -ci illərdə isə Daxili Qoşunların Nərimanov
rayonunda, Gəncə və Lənkəran şəhərlərində yerləşən hərbi hissələrdə böluk komandiri, Nizami hissə rəisi, Alay komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində isə Əməliyyat və Kadrlar şöbələrində baş zabit, Kadırlar şöbəsinin rəis müavini, Kadırlar şöbəsinin rəis əvəzi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, Cinaətkarlığa qarşı mübarizədə,eyni zamanda hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini (Kadırlar şöbəsinin rəis müavini) kimi kuratoru olduğu xidmət sahələrinin fəalıyyətının cevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirmiş, Dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Polkovnik — leytenant Qurbanəli Kazımov uzaqgörən, savadlı, sözünü hər yerdə deyən, ədalətli, mərd, mehriban, istiqanlı, coşqun təbiətli, gözəl natiq və daxili sağlığı ilə bəli olan geniş dəyərli vətənpərvər, vətəni sevən millət oğludur.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.
Hərbi Xidməti Vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş , yubiley və müvafiq idman dərəcələri ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi yubiley medallarl ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, QURBANƏLİ BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev




