Ermənistanın “Yerkir Sirani” partiyasının lideri Zarui Postancyan Baş nazir Nikol Paşinyanın oğlunu ölkədən çıxardığını iddia edib.
Partiya lideri Paşinyanın da Ermənistandan qaçma ehtimalının olduğunu bildirib.
Postancyanın sözlərinə görə, Paşinyanın təkcə hakimiyyətdən uzaqlaşdırılmasını təmin etmək yox, həm də onun ölkədən qaçmasının qarşısını almaq son dərəcə vacibdir.
“Məndə olan məlumata görə, Aşot (Paşinyanın oğlu – red.) artıq ölkədən çıxarılıb. İndi isə özünün (Paşinyan) qaçış yollarını təmin etmək üçün səy göstərir”, – Postancyan söyləyib.
Onun fikrincə, Paşinyan və onun ailə üzvləri məsuliyyətə cəlb edilməli, əməllərinə görə həbs və mühakimə olunmalıdır.
Mənbə: Teleqraf.com
Bu xəbəri paylaşın:
