Sabirabadda şəhidin doğum günü qeyd edilib

Sabirabad rayonu Qasımbəyli kəndinin şəhidi Babək Oqtay oğlu Ənnağıyevin Cənnətdəki ikinci doğum günü münasibətilə şəhidin kənd qəbristanlığındakı məzarı başında tədbir keçirilmişdir.


Tədbirdə qonaq qismində mənimlə yanaşı, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşkilat aparatının məsul əməkdaşı Mirqiyam Mirməmmədov və QRİ Sabirabad nümayəndəliyinin rəhbəri Ağakərim Sadıqov iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.

Bildirib ki, tədbirdə şəhidin ailə üzvləri, kənd sakinləri, kənd məktəbinin müəllim və şagird kollektivi də iştirak ediblər.


Çıxışlardan sonra məktəblilər Vətən, Şəhidlər haqqında şeirlər söyləyiblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Sabirabad

Bu xəbəri paylaşın: