TƏBRİK: HÜSEYNOV ELMAR KNYAZ OĞLU – 64

Ömrünün önəmli bir hissəsini ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində, Azərbaycan Milli Qvardiyasında və Ədiliyyə Nazirliyinin Mühafizə Alayında hərbi və polis xidmətinə həsr edən yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin təşkilat məsələləri üzrə səlahiyyətli nümayəndəsi AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri, Azərbaycan Respublikası Beynəlmilləçi Əlil Döyüşçülər Fondun fəxri üzvi, «Azərbaycan Bayrağı» Ordenli istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunun aprel ayının 30-da 64 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki, Elmar Hüseynovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Polkovnik Hüseynov Elmar Knyaz oğlu 1958-ci ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Daşkəsən rayonunda anadan olub.

1975-ci ildə Daşkəsən şəhər Səməd Vurğun adına 4 saylı tam orta məktəbi, 1979-cu ildə SSRİ Daxili İşlər Nazirliyin Daxili Qoşunların Tiflis şəhərində yerləşən tədris alayında bölüyün baş cavuşu və taqım komandiri kursunu, 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ-nin 60-iliyi adına Leninqrad (Sankt-Peterburq) Ali Hərbi Siyasi məktəbi, 1998-ci ildə Naxçıvan Dövlət Universitetini, 2001-ci ildə isə ABŞ, Luiziana Ştatı Ünverstetinin Böhranı İdarəetmə və Antiterror kursunu bitrib. O, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Gürcüstan Respublikasının Ksani rayonunda Tiflis və Rustavi şəhərində Azərbaycan Respublikasının isə Bakı şəhərində yerləşən diviziyalarında və hərbi hissələrində keçirilən metodiki-təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi-taktiki təlimlərdə, nümünəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1976-1978-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gürcüstan və Azərbaycan Respublikalarında yerləşən Diviziyalarının Konvoy Mühafizə Alayında Rabitə stansiya qrupunun rəisi, Bölük baş çavuşu, Taqım komandiri, Bölük komandirinin tərbiyəvi işlər üzrə müavini,  Bölük komandiri və Tabor qərargahının rəisi vəzifələrində olub. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı milis dəstəsində böluk komandiri, 1993-1994-cü illərdə Azərbaycan Milli Qvardiyasında alay komandiri və Milli Qvardiya Komandanın müavini, 1994-2005-ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Mühafizə Alayında qərargah rəisinin döyüş xidməti üzrə müavini, Alay Komandiri və Milli Qvardiya Komandanın müavini, 1994-2005-ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensianar Xidmətinin Mühafizə Alayında qərargah rəisinin döyüş xidməti üzrə müavini və Alay komandiri vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

1990-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Xocalı, Laçın, Qubadlı, Ağdərə, Ağdam, Şuşa, Goronboy və Göygöl rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

1990-cı ilin noyabr ayında Şuşa şəhərində Xocalı hava limanın qorunmasında, 1991-ci illin aprel və may aylarınında isə Xanlar (Göygöl) rayonun Çaykənd, Qarabulaq, Kamo, Azad (Yen Zod), Goronboy rayonunun isə Todan, Erkeç, Mənəşli, Buzlaq kəndlərinin ermənilərdən təmizlənməsində Polkovnik Elmar Hüseynovun xüsusi rolu olub.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq yerinə yetirilməsi işində tabeliyindəkilər üçün nümunə olmuşdur.

O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Xüsusi Təyinatlı Milis Dəstəsində, Azərbaycan Milli Qvardiyasında və Ədiliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayında xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, səxavətli, əliaçıq, işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir. Polkovnik Elmar Hüseynov istər orta və ali təhsil müəssisələrində təhsil aldığı ilərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə və ictimai təşkilatlarda, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, axtarışda olan şəxslərin tutulmasında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyət zamanı hüquqi rejim və karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Ədiliyyə Nazir və onun müavinlərinin (Penitensiar xidmət rəisinin) Diviziya və hərbi hissə komandirinin, Ali hərbi məktəb rəisinin, Xüsusi təyinatlı milis dəstə komandirinin, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə (“Din əlacı”, “Daxili Qoşunların isə 1-ci və 2- ci dərəcəli döş, yubley və müvafiq idman dərəcəsi nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Vətən Müharibəsi zamanı Vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə görə Azərbaycan Ordusunun Qərargah rəisinin, Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən Korpus və Hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə “Fəxri Fərmanla” təltif olunub.

Tutduğu vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ Ali Soveti, Rusiya və Azərbaycan Respublikası Prezidentləri adından “Silahlı Qüvvələrin yaranmasının” 70- illiyi yubiley, “Qüsursuz xidmətlərə görə

1-ci, 2-ci və 3-cü dərəcəli, “Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-peterburq Hərbi İnstitunun yaranmasının 70-illiyi, İctimai Birliklərin isə təsis etdiyi “Böyük Zəfər “ , “Fədai”,  “Müharibə Veteranı” , “AVMVİB  və Milli Ordunun yaranmasının”  25-illiyi və 100-illiyi xatirə medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının Müstəqilliyinin və ərazi bütövlüyün qorunub saxlanılmasında, hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il tarixli 12 yanvar sərancamı ilə Polkovnik Elmar Hüseynov “Azərbaycan Bayrağı “ ordeni ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELMAR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: