
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Dəfələrlə yazmışam ki, qondarma «(S)artsax müdafiə ordusu» adıyla Rusiya və Ermənistan 30 il torpaqlarımızı işğalda saxlayaraq yağmaladılar. Onlarla silahsız insanlarımıza hücum edərək qətlə yetirdilər. Öndə ruslar idi. Xocalı soyqırımından əvvəlki aylar Rusiyaya məxsus helikopterlər bölgəyə silah və canlı qüvvə daşıdı. Orada təkcə 366-cı alay deyil, bütün Sovet tör-töküntüsü olan Rusiya ordusu vardı.
Və ən son 2020-ci il müharibəsində Rusiya qondardığı «ordu» adlı quldur dəstəsini sınaqdan çıxardı və hətta satışı qadağan olan «İsgəndər-M» belə atıldı. Sonuc isə Rusiyanın (S)arsax ordusu talan etdiyi unitazla dünyanın gülüş hədəfinə çevrildi. Putinin Qraçov-Kazimirov pisliklərindən miras aldığı «Gizli Unitaz ordusu» unitazını da götürüb getdi. Amma unitaz əl çəksə də, Rusiya əl çəkənə oxşamır. Maraqlıdır ki, Marqonun beyin məhsulu olan «Z» işarəsi də elə unitazın sxeminə bənzəyir. Bir azdan ermənilər deyəcəklər ki, unitazı və «Z» hərfini ermənilər «kəşf» edib və Rusiya propaqandası da bu yöndə işə başlayacaqlar…
Rus ordusunun Ukraynada törətdiyi vəhşiliklər və yağmalar da elə bir unitazı tank üzərinə qoyub getmələri ilə simvollaşdı. Yəni «Z» əməliyyatı tamamlandı. Detallara diqqət edək.
Bloqqer Kunqurov maraqlı bir fakta toxunub: «Niyə Putinin tualet-cinsiyyət mövzusuna dair bu qədər kəlamı var?
Düşünürəm ki, hər şey «tualetə basmaq» («мочить в сортире») ifadəsiylə başladı. Xələf I Pyotrun spiçrayterlərindən sonra onlar artıq əsas tualet mövzusundan bir daha kənara çıxa bilmədilər.
Beləliklə, ötən günlərdə Vova birbaşa xətt zamanı daha bir iyli bir xəbər yaydı: «Böyük Pyotr, Yeddi illik müharibə zamanı, orduda olarkən, su kanalının, yəni kanalizasiyanın tikintisinin diaqramını göndərdi. Şəxsən mən düşündüm. Bu əsil imperatordur! Yerli və rayon məclislərinin deputatları da bu haqda düşünməli və buna diqqət artırmalıdırlar. Biz öz tərəfimizdən subsidiyalar üçün lazım olan pulu bundan sonra da ayıracağıq».
Belə çıxır ki, I Pyotr kanalizasiya xəttini göndərsə də, unitazı göndərməyib. Ona görə də Rusiya ordusunun Ali məqsədi unitaza yetişməkdir.
Yəni Rusiya tarixi elə bu kanalizasiya-unitazdan başlandığı görünməkdədir. Talan, yağma və qarət bu ordunun əxlaq normasıdır. Vəhşilik, görməmişlik və hər cür pislik «rus soldatının» adıyla bağlıdır. Bu yeni bir xəbər deyil.
Hələ XIX əsrdə Azərbaycan xanlıqlarını, həmçinin Azərbaycan Qacar dövlətinə işğalçı yürüş edən Paskeviç və qeyrilərinin talanla daşıdıqları tarixi incilər bu gün də Rusiyadadır. Ən son 27 aprel 1920-ci ildə bolşeviklər Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları, evlərdən uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş üzdəniraq Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar.
Eyni izləri faşist Almaniyasına qarşı apardıqları müharibədə də görürük. Təkcə marşal Jukovun 7 vaqon qarət edilmiş mal daşıması haqqında bilgilər var. Hətta 70-ci illərdə futbol matçı zamanı azarkeş almanlar ruslara «velosipedimizi qaytarın!» nidasıyla səslənirmişlər.
Marşal Konev Almaniyanın şərq ərazilərində sovet əsgərləri tərəfindən həyata keçirilən talanlara qarşı əmrlə çıxış edib. Məlumatlarımıza tam uyğun gələn fərdi faktları ehtiva edir. Sovet əsgərləri hər şeydən əvvəl Almaniyanın şərq bölgələrində mövcud olan araq ehtiyatlarını ələ keçirib, hədsiz dərəcədə sərxoş olur, mülki paltar, papaq və ya şlyapa geyinir, şərqə doğru velosiped sürürdülər. Konev komandirlərdən sovet qoşunlarının bu hərəkərlərinə qarşı ən sərt tədbirlər görməyi tələb edir. O, həmçinin qeyd edirdi ki, yanğın və soyğunçuluq ancaq sifarişlə həyata keçirilə bilər. Onun bu faktlara verdiyi şərh son dərəcə maraqlıdır. Ondan da görünür ki, əslində sovet əsgərləri deyəndə bir sürü əclaf ilə qarşılaşırıq. Bunu şərq rayonlarından bizə gələn vəhşilik xəbərləri də təsdiqləyir. Onlar həqiqətən qorxuncdurlar. Onlar ıhətta ayrı-ayrılıqda sözlə ifadə edilə bilməz. İlk növbədə Yuxarı Sileziyadan gələn dəhşətli sənədləri qeyd etmək lazımdır. Bəzi kənd və şəhərlərdə on yaşından 70 yaşına qədər bütün qadınlar saysız-hesabsız zorlamalara məruz qalıb. Görünür, bu, yuxarıdan gələn əmrlə edilir, çünki sovet əsgərlərinin davranışında açıq-aşkar bir sistemlilik görmək olur. Buna qarşı indi biz daxildə və xaricdə geniş kampaniyaya başlayacağıq.
1992-ci ildə İttifaqın dağılmasından sonra iki feminist Helke Zander və Barbara Yohrun «Xilaskarılar və xilas edilmişlər» adlı kitabı Almaniyada nəşr olundu və burada 2 milyon rəqəmi ilk dəfə nümayiş olundu. Statistik məlumatlar bir Berlin xəstəxanasında 1945-1946-cı illər üçün götürülüb, burada ildə 500-ə yaxın uşaq doğulub və «atanın milliyyəti» sütununda təxminən 15-20 nəfərdə «rus» göstərilib. Üstəlik, iki-üç belə halda “zorlanmış” göstərilib. Bu “tədqiqatçılar” nə edirlər? Onlar hesab edirdilər ki, atanın rus olduğu bütün hallarda zorlama olub. Sonra «8-dən 80-ə» Göbbels forması götürüldü və sadəcə çoxaldıldı. Lakin bu rəqəm 2002-ci ildən Entoni Bivorun “Berlin süqutu” kitabının nəşri ilə kütləvi şəkildə yayılmağa başlayıb. Овчинников А. Миф об «изнасилованной Германии» сочинил Геббельс // Комсомольская правда, 24 августа 2016).
Britaniya tarixçisi Entoni Bivor Almaniyada dinc əhalinin ölümündə Qırmızı Ordunu günahlandırır. Onun sözlərinə görə, mülki almanların əhəmiyyətli bir hissəsi olan qaçqınlar Qırmızı Ordunun irəliləyən bölmələri ilə qarşılaşdıqda və ya Sovet aviasiyasının hücumuna məruz qaldıqda həlak ediliblər. Onun sözlərinə görə, qaçqınlar tanklarla əzilib güllələnib, qadınlar və gənc qızlar zorlanaraq ölümə buraxılıb.
Müharibə zamanı Avstraliya müxbiri Osmar White, gündəlik qeydlərinə əsaslanaraq, amerikalılar tərəfindən qadınlara qarşı bir sıra zorakılıq aktlarından bəhs edən «Qalibin Yolu» kitabını nəşr etdirib. O, berlinlilərlə “rusların vəhşilikləri” ilə bağlı söhbətlərinin təəssüratlarını belə təsvir edib:

ALMANİYA 
UKRAYNA
— Mən əminəm ki, o vaxtlar Sovetlər Berlini yaşatmaq üçün onların yerində ingilis-amerikalıların edə biləcəyindən daha çox iş gördülər (…) Dağıntılar altındakı yuvasında yatan canavarın ardıcıllarına səxavət göstərdilər. Lakin berlinlilər dünyaya rusların istədiyi kimi baxmadılar. Hər yerdə pıçıltı eşidilirdi: “Allaha şükürlər olsun ki, siz – ingilislər və amerikalılar – bura gəldiniz… Ruslar heyvandırlar… nəyim varsa, əlimdən aldılar… zorlayırlar, oğurlayırlar, güllələyirlər…”
Ümumiyyətlə, bəzi mənbələrdə 900 min, bəzilərində isə 2-3 milyon nəfər alman qadının zorlanması faktı var. Təkcə 1945-ci ildə bu talanlara və zorakılığa görə 4500 zabit və dəfələrlə artıq əsgər trbunala verilmişdi. Amerikalılar da 90 min qadını təcavüzə məruz qoymuşdular.
Bu gün dünyanın heyrətlə və təəssüflə oxuduğu bu gizli həqiqətlər Xerosimaya bənzədilən Ağdamda, daha 6 rayonda və 600-dən artıq kənddə edilmişdi. Amma BMT daxil kimsə bunu görmədi. Görməzdən gəldilər. 1 milyon qaçqınla, bu talanlarla Azərbaycanın səsinə Türkiyədən başqa kimsə səs vermədi.
Ən son məlumatda bildirilir ki, müvəqqəti işğal olunmuş Melitopolda rus hərbçiləri şəhər Diyarşünaslıq Muzeyini ələ keçiriblər. Yerli xainlər skif qızılının saxlandığı yeri tapmaqda onlara kömək ediblər.


2019-cu il Rusiya səfirliyi qarşısına unitaz qoyulmuşdu
Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının Teleqram kanalında məlumat yayılıb.
«Rusiya hərbçilərinin Melitopol Diyarşünaslıq Muzeyini ələ keçirməsi barədə məlumatlar var. Xain əməkdaşlar ruslara ötən əsrin 50-ci illərində arxeoloqlar tərəfindən aşkar edilmiş skif qızılının saxlandığı yeri göstəriblər», — məlumatda deyilir.
Bildirilir ki, ruslar jurnalistləri dindirir və axtarış aparırlar: «Sərhədsiz Reрortyorlar» təşkilatının məlumatına görə, Melitopol, Berdyansk, Enerqodar və Tokmakda Rusiya hərbçiləri media işçilərinin avadanlığını ələ keçirir və onlar üçün işləməkdən imtina edən hər kəsi girov götürür. Onlar Melitopolun müəssisələrinin əmlakını soyub aparmağa davam edirlər. Soyğunçuluq artmaqdadır».
Unitaz ordusu hələ 2019-cu il noyabrın 18-də Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç gəmisi Kiyevə qaytarımışdı. Bundan sonra Ukrayna tərəfi Rusiyanı gəmiləri dəhşətli vəziyyətə salmaqda, unitaz və digər əşyaların yoxa çıxmasında günahlandırmışdı. İndi isə Berdyanskidə unitazları qənimət kimi tankın üstündə aöparmaları əks olunub. Sən demə bu unitaz yox, elə Simonyanın «Z» hərfinin simvolu imiş. Neçə ki, Rusiya bu -yanların təbliğatına möhtac qalıb, ən azı unitaza həsrət qalacaq…
Ukrayna raşizmi dayandırmaq üçün özündə güc tapmalıdır. Putinin «Gizli Unitaz ordusu» tarixin arxivinə verilməlidir…












