Paşinyanın istefasını tələb edən bir qrup erməni fəal üstünə baş nazirin şəkli yapışdırlan toyuqları Respublika meydanına buraxıb.
Meydanda gəzən toyuqlar polis əməkdaşlarının çağırışı ilə vətəndaşlar tərəfindən tutulub. Bir sözlə erməni xalqı və polisi toyuq qovalamaqla məşğul olub.
«Azadlıq Hərəkatı» qrupunun üzvləri bu aksiya ilə Paşinyanı toyuq kimi qorxaq olmaqda ittiham ediblər.
Toyuqları gətirən fəallar saxlanılıb.
Xatırlayırsınızsa, 90-cı illərdə «Hava yaman soyuqdu, Ermənilər toyuqdu»-deyə küçələrdə uşaqlar oynayırdılar. Axır ki, ermənilər bunu etiraf etdilər…
Bu xəbəri paylaşın:
